Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Skripalların işi: Böyük Britaniya onları virtual generalın zəhərlədiyini iddia edir

© Sputnik / Alex McNaughtonSkripal cinayətinin baş verdiyi ərazidə olan hərbçilər, arxiv şəkli
Skripal cinayətinin baş verdiyi ərazidə olan hərbçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Sən demə, Skripalları zəhərləyən toydakı general imiş. Hərçənd, o, heç vaxt Solsberidə olmayıb. Və elə həmin o üçüncü "şübhəli" mövcudluğu heç kim tərəfindən təsdiqlənməyən bu uydurma şəxsiyyətdir.
BAKI, 23 sentyabr — Sputnik. KİV-in təqdimatında xəbər belə səslənir: Böyük Birtaniya prokurorluğu Skripalların zəhərlənməsi məsələsində iştirak etmiş üçüncü şəxsə qarşı ittiham irəli sürüb. Bu hansısa Sergey Fedotovdur, əslində o heç Fedotov da deyil…
Xatırladaq ki, 2018-ci ilin yaz-yay aylarında kiçik ingilis şəhərləri Solsberi və Eymsberidə bir neçə nəfər naməlum maddədən zəhərlənmişdi. Onların arasında iki Rusiya vətəndaşı və dörd ingilis vardı: bir polis işçisi, iki Eymsberi sakini və Solsberidən olan bir qadın. Həmin qadından başqa zəhərlənənlərin hamısının həyatını xilas etmək mümkün olmuşdu.
Eymsberi də, Solsberi də məşhur Porton-Daun hərbi-bioloji laboratoriyasının yaxınlığında yerləşir. Orada dünyanın ən təhlükəli kimyəvi və bioloji maddələri saxlanılır. Məsələn, laboratoriyanın alimləri ritsin kimi zəhərli maddə ilə aktiv şəkildə işləyirlər və ona qarşı zərdab bu yaxınlarda hazırlanıb.
Porton-Daun insanlar üzərində aparılan təcrübələrlə "ad çıxarıb". Müharibədən dərhal sonra alimlər cürbəcür zəhərli maddələri, kimyəvi və bioloji silahları Almaniyadan çıxararaq onlarla fəal şəkildə eksperiment aparmağa başlamışdılar. Onlar öz sınaqlarını ingilis əsgərlərinin üzərində aparırdılar. Əsgərləri qaz kameralarında həbs edir, onların dərisinin üstünə ölümcül zəhər tökürdülər. Belə təcrübələr vaxtı əsgərlər bəzən görmə, eşitmə qabiliyyətini itirir, güclü ağrılara və qıcolmalara məruz qalırdılar.
1953-cü ildə eksperiment aparanlar təyyarəçi Ronald Meddisonun qoluna sinirləri iflic edən maddə vurdular. Ronald öldü. Məhkəmə onun ölümünü təsadüfü hadisə kimi qiymətləndirdi. Bu hadisə barədə Böyük Britaniya tarixçisi Rob İvens "Qazla boğulanlar: Porton-Daunda insanlar üzərində aparılan hərbi-kimyəvi təcrübələr" adlı kitabında geniş bəhs edir.
İngilis hərbçiləri üzərində aparılan təcrübələrdə 1000 nəfər iştirak etməli idi. Doktor Mengelin eksperimentlərini xatırladan bu heyrətamiz təcrübələr 1989-cu ilə kimi davam etdirildi.
1960-cı illərdə Böyük Britaniyanın Müdafiə Nazirliyi London metrosunda bioloji silahlardan istifadə ilə bağlı hücumun simulyasiyasını təşkil etdi. Neytrallaşdırılmış Sibir xorası sporları talkla qarışdırılaraq ventilyasiya sistemi vasitəsilə içəri püskürdülür və hamı bütün bunların metro stansiyalarında necə yayıldığını izləyirdi. Aydın məsələdir ki, London sakinləri bu barədə xəbərdar olunmamışdılar.
Ölkədə müntəzəm olaraq laboratoriyalardan təhlükəli sızmalar baş verirdi. 1978-ci ildə Londonun göbəyində bolqar mühaciri Georgi Markovu ritsinlə zəhərlədilər. 2002-ci ildə elə həmin Londonda bir qrup terroristin qanında zarin maddəsinin sintezi üçün tələb olunan bütün komponentlər tapıldı. 2006-cı ildə isə Pikadillada poloniumun izləri tapıldı və ingilis hakimiyyəti bundan dərhal "Litvinenko işi" adı altında mərəkə düzəltdi.
Bir sözlə, zəhərli maddələrlə davranış baxımından ingilislərin keçmişi heç də ürəkaçan deyil. Porton-Daun yaxınlığındakı əyalətlərdə hələ də insanlar zəhərlənir.
Bununla belə, 2018-ci ildə Solsberidə zəhərlənənlər arasında keçmiş sovet kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliya da var idi. Və Britaniya təbliğat maşını insanların beyninə Skripalları rusların öldürmək istədiyi barədə fikir yeritməyə başladı: atanı bir vaxtlar Rusiyaya xəyanət etdiyinə görə, qızını isə elə belə, məşğuliyyət olsun deyə. Məşhur "Skripalların işi" beləcə ortaya çıxdı.
Bu məsələnin təfərrüatına varmaq onu ortaya atanların dəyirmanına su tökmək deməkdir. Biz bu mənasız söhbəti nə qədər inkar etsək, ona bir o qədər əhəmiyyət vermiş oluruq. Odur ki, gəlin bu hadisənin başqa bir ingilis təxribatı ilə necə üst-üstə düşdüyünə nəzər salaq.
Vaxtilə Pyer Rişarın iştirakı ilə məzəli bir fransız filmi var idi: "Çətirlə iynə". Bu film ingilis xüsusi xidmət orqanlarının mühacir Markovun ölümü ilə bağlı düzüb-qoşduqları hekayəni özünəməxsus şəkildə təkrarlayır.
1978-ci ildə ortaya belə bir fikir atıldı ki, hansısa bolqar xüsusi xidmət orqanı işçisi onu Vaterloo körpüsündə haqlayaraq günün günorta çağı üstünə ritsin sürtülmüş çətirlə "iynələyib". Nəticədə Britaniya həkimlərinin bütün səylərinə baxmayaraq zavallı mühacir canını tapşırıb.
İngiltərə xüsusi xidmət orqanları və Skotlend-Yard əməkdaşlarının bütün ciddi cəhdlərinə rəğmən, bu versiyanı təsdiqləyəcək bircə dəlil belə tapmaq mümkün olmadı. 2013-cü ildə bu səbəbdən Markovun ölümü ilə bağlı iş bağlandı.
Bolqar müstəntiq həyasızcasına bəyan elədi ki, mühaciri ingilis xəstəxanasında həkimlər müalicə eləyib sağaldıblar. Bu şayiə indi də internetdə yayılmaqdadır, özü də Bolqarıstan və Sovet xüsusi xidmət orqanlarına qarşı təbliğatın təməl daşına çevrilib - mifin bir versiyasında deyilir ki, SSRİ DTK-sı bolqar həmkarlarına "kömək edib".
Təxminən 20 il ərzində Markovun ölümünə ingilis baxışını bolqar araşdırmaçı-jurnalisti Xristo Xristov formalaşdırıb. O, yeni-yeni hekayələr uydurur, Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərinin açılmasını tələb edir, çoxdan süqut etmiş bolqar kommunizmi ilə mübarizə aparır, bir sözlə, dəridən-qabıqdan çıxırdı. Ancaq 2013-cü ildə məlum oldu ki, məsələyə maraq ölüb. Xristovun kitablarını artıq heç kim oxumur, Markovun kim olduğunu isə çoxdan yaddan çıxarıblar. Odur ki, məkrli slavyan gücləri ilə bağlı mövzunu yenidən qızışdırmağa ehtiyac var.
Beləliklə, ingilis xüsusi xidmət orqanları Xristo Xristovu "müstəqil jurnalist" postunda elə onun həmyerlisi, adaşı və yaşıdı Xristo Qrozevlə əvəzlədi. Xristo sələfinin bütün ritorik üsullarından yararlanaraq tezliklə fantaziyasının gücünə görə onu ötüb keçdi. Qrozev anlayırdı ki, yalnız ictimaiyyətə mütəmadi olaraq bu barədə mövzu verməklə öz mövqeyini qoruyub saxlaya bilər. O, Mariya Zaxarovanın "qarışıq alət" adlandırdığı "Bellingcat"-dan istifadə edərək ildırım sürəti ilə feyk xəbərlər yaymağa başladı.
Əvvəl onlar Petrov və Boşirov idilər. Yəni, əslində Çepiqa və Mişkin. Baş Kəşfiyyat İdarəsindəndirlər. Skripalları da onlar zəhərləyiblər. Bu hadisəyə qədər isə Çexoslovakiyada hərbi anbarı partladıblar. Haradasa Balkan dağlarında gəzib-dolaşıblar, hansısa Rusiya müxlifətçilərinin başına oyun açıblar, Bolqarıstanda da kimisə zəhərləyiblər.
Arada hansısa toy mərasiminə də baş çəkiblər. Orada hansısa generalla şəkil çəkdiriblər. Yaxşı bəs niyə polkovniklə yox, məhz generalla? Nə isə, sözümüzü kəsməyin. Hə, harada qalmışdıq? General da həmin toyda imiş. Deməli, o da Baş Kəşfiyyat İdarəsindən olub. Və deyəsən, Skripalları zəhərləyən də elə toydakı bu general imiş. Hərçənd, o heç vaxt Solsberidə olmayıb. Generalın adı Sergey Fedotovdur. Daha doğrusu, Denis Sergeyev. Ya da bəlkə, Sergey Denisov? Nə isə, bunun bir əhəmiyyəti yoxdur. Hə, deməli, elə həmin o üçüncü "şübhəli" mövcudluğu heç kim tərəfindən təsdiqlənməyən bu uydurma şəxsiyyətdir. Və Böyük Britaniya prokurorlarının ona sualları var. Yəni, "üçüncü şəxs" qismində. Yeri gəlmişkən, belə bir ingilis filmi də var idi. Yaxşı film idi...
Əslində, Skripallarla bağlı hadisə Rusiyaya deyil, Böyük Britaniya hakimiyyətinə qarşı suallar doğurur. Belə görünür ki, ata-qız əvvəl ya hansısa laboratoriyadan zəhərli maddənin sızmasının, ya da Porton-Daun mütəxəssislərinin insanlar üzərində apardıqları təcrübənin qurbanı olublar, sonra xəstəxanaya düşüblər və orada onların başına nə oyun açıldığı heç kimə məlum deyil. Daha sonra ümumiyyətlə, yoxa çıxıblar.
Rusiya vətəndaşı Yuliya Skripal yalnız bir dəfə kameralar qarşısında görünüb və həmin vaxt cin görmüş kimi qorxu işində olub. Rusiya və Böyük Britaniya vətəndaşı Sergey Skripal isə sonuncu dəfə 2018-ci ildə ictimaiyyət qarşısına çıxıb. Bundan sonra onların başına nə iş gəlib? Onları qaçırıblarmı?. Haradasa zorlamı saxlayırlar? Sağ-salamatdırlarmı?
Ölkə rəhbərliyi öz cinayətlərini və ya cinayət səhvlərini ört-basdır etmək məqsədilə Rusiyaya qarşı "Bellingcat" dezinformasiya kampaniyasını sifariş edib və dəlilləri ildırım sürətilə yox etməyə başlayıb. Skripalın evi kərpic-kərpic sökülüb, hətta damını belə dəyişiblər. Nədənsə kəşfiyyatçının pişiyini də öldürüblər.
İngiltərə hökuməti hələ heç bir dəlil təqdim etməyib, Rusiya hakimiyyətinin ekspertizaların aparılması ilə bağlı çoxsaylı təkliflərini rədd edib, rus diplomatlarının Skripallarla görüşməsinə icazə verməyib, ümumiyyətlə, sivil cəmiyyətdə qəbul edilmiş bütün beynəlxalq araşdırma normalarını pozub.
İngiltərə müxalifətinin lideri Ceremi Korbin icmalar palatasında saxta "Skripalların işi"ni haqlı olaraq tənqid edib.
Skripalların işinə görə Britaniya hökumətinin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsinin vaxtı gəlib çatıb. Və əlbəttə ki, onların pişiyinə görə də...
Həmçinin oxuyun:
Boltondan yeni iddia: Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları ləğv etmək istəyirdi
Putin ilk dəfə dünyanın danışdığı şəxsdən söz açdı
Xəbər lenti
0