04:10 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Sergey və Yuliya Skripalların tapıldığı skamyanın ətrafı, arxiv şəkli

Putin ilk dəfə dünyanın danışdığı şəxsdən söz açdı

© Sputnik / Alexey Filippov
RUSİYA
Qısa URL
240 0 0

Prezident eyni zamanda qeyd edib ki, Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşının Böyük Britaniya xüsusi xidmət orqanları tərəfindən zəhərlənməsinə inanmır

BAKI, 20 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hazırda Sergey Skripalın harada olduğunu bilmir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Anlayışım belə yoxdur. O ki casusdur, onlar hər zaman gizlənirlər", - deyə Putin rejissor Oliver Stouna müsahibəsində hazırda Sergey Skripalın harada olması barədə sualı cavablandırarkən bildirib.

Prezident eyni zamanda qeyd edib ki, Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşının Böyük Britaniya xüsusi xidmət orqanları tərəfindən zəhərlənməsinə inanmır: "Mən, düzünü desəm buna çox da inanmıram. Mən inanmıram... Əgər zəhərləmək istəsələr, zəhərləyərdilər".

Xatırladaq ki, ötən ilin martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə tapılmışdı. Skripalların naməlum maddə ilə zəhərləndikləri məlum olmuşdu.

Britaniya hökumətinin rəyinə görə, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər. Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Mütəxəssislər, ümumiyyətlə, bu maddənin Birləşmiş Krallığa necə gəlib çıxdığını da müəyyən edə bilməmişdi.

Bütün bunlara baxmayaraq, rəsmi Moskva ittihamları qəbul etmir və baş verənləri Rusiyaya qarşı düşünülmüş ssenari kimi qiymətləndirirdi.

Əsas mövzular