Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şimal-qərb bölgəsi sel suları altında qalıb, 53 yaşlı kişi daşqının qurbanı olub

Abunə olmaq
Güclü yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən keçən Katex, Balakən, eləcə də Tala çaylarında suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib.
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində, xüsusən də Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, gecə saatlarında küləklə müşahidə olunan leysan yağıb.
Bu gün səhər saatlarında Zaqatala rayonun Qəbizdərə kənd sakini 53 yaşlı Abdulbari Abdulxalıqov Katex çayını keçmək istəyərkən suda boğularaq ölüb. Əraziyə FHN-nin helikopteri cəlb edilib.
Zaqatalada Tala çayının daşması səbəbindən çayın sol və sağ sahillərində yerləşən Yolayrıc, Höytala və Vöhtala kəndlərində həyətyanı sahələr sel suları altında qalıb. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyib.
17 mindən çox əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti də dağılaraq yararsız vəziyyətə düşüb.
Katex çayı da məcrasından çıxıb və sol sahildə yerləşən Mazıx kəndində bir neçə həyatyanı sahəyə sel suları dolub, təsərrüfatlara ziyan dəyib.
Sel suları Balakəndə də fəsadlara yol açıb. Balakən çayının məcrasından çıxması səbəbindən çayın sol sahilində yerləşən Kortala kəndini sel suları basıb. 60-a yaxın həyətyanı sahəyə və təssərrüfata ciddi ziyan dəyib. Evlərin zirzəmilərinə və birinci mərtəbələrinə sel suları dolub.
Hər iki rayonun müvafiq qurumları leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.
Xəbər lenti
0