CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
BAKI, 23 sentyabr — Sputnik. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Həmçinin oxuyun:
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
Xəbər lenti
0