https://sputnik.az/20210923/Pola-prezidenti-Tramp-v-Baydeni-shv-sald-427995455.html
Polşa prezidenti Tramp və Baydeni səhv saldı
Polşa prezidenti Tramp və Baydeni səhv saldı
Sputnik Azərbaycan
Duda deyib ki, hazırda Prezident Donald Tramp administrasiyasının bir çox problemləri var, məsələn, Əfqanıstandakı vəziyyətlə məşğul olmalıdır. 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T14:00+0400
2021-09-23T14:00+0400
2021-11-16T20:30+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995423_0:0:3072:1738_1920x0_80_0_0_ca7d1aea9b23a91802c66bee2e056286.jpg
BAKI, 23 sentyabr — Sputnik. Polşa Prezidenti Andjey Duda Ağ Ev administrasiyasının problemləri haqqında danışarkən, indiki Amerika lideri Co Bayden və əvvəlki prezident Donald Trampın adlarını səhv salıb. Bu barədə "Onet" portalı xəbər verib.Bir gün əvvəl Polşa prezidenti BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Xarici jurnalistlərə verdiyi müsahibədə o, Varşava ilə Vaşinqton arasındakı əlaqələrdən danışıb, həmçinin amerikalı həmkarlarının qarşılaşdıqları çətinlikləri də qeyd edib."Hazırda Prezident Donald Tramp administrasiyasının bir çox problemləri var, məsələn, Əfqanıstandakı vəziyyətlə məşğul olmalıdır", - deyə Duda bildirib.O, ABŞ və Polşa münasibətlərindəki bir az soyuqlaşmanı da izah etməyə çalışıb.BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də Nyu-Yorkda başlayıb. Bu həftə, sessiya çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə ənənəvi yüksək səviyyəli görüşlər keçirilir.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995423_0:0:3072:1930_1920x0_80_0_0_06bdf4a3b33077f56e1d6e25208da78f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Polşa prezidenti Tramp və Baydeni səhv saldı
14:00 23.09.2021 (Yenilənib: 20:30 16.11.2021) Duda deyib ki, hazırda Prezident Donald Tramp administrasiyasının bir çox problemləri var, məsələn, Əfqanıstandakı vəziyyətlə məşğul olmalıdır.
BAKI, 23 sentyabr — Sputnik. Polşa Prezidenti Andjey Duda Ağ Ev administrasiyasının problemləri haqqında danışarkən, indiki Amerika lideri Co Bayden və əvvəlki prezident Donald Trampın adlarını səhv salıb. Bu barədə "
Onet" portalı xəbər verib.
Bir gün əvvəl Polşa prezidenti BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Xarici jurnalistlərə verdiyi müsahibədə o, Varşava ilə Vaşinqton arasındakı əlaqələrdən danışıb, həmçinin amerikalı həmkarlarının qarşılaşdıqları çətinlikləri də qeyd edib.
"Hazırda Prezident Donald Tramp administrasiyasının bir çox problemləri var, məsələn, Əfqanıstandakı vəziyyətlə məşğul olmalıdır", - deyə Duda bildirib.
O, ABŞ və Polşa münasibətlərindəki bir az soyuqlaşmanı da izah etməyə çalışıb.
BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də Nyu-Yorkda başlayıb. Bu həftə, sessiya çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə ənənəvi yüksək səviyyəli görüşlər keçirilir.