https://sputnik.az/20210923/OBA-market-aaclarn-ksilmsind-gnahkar-deyil---rsmi-aqlama-428000164.html
"OBA" market ağacların kəsilməsində günahkar deyil - rəsmi açıqlama
"OBA" market ağacların kəsilməsində günahkar deyil - rəsmi açıqlama
Sputnik Azərbaycan
Marketinq Kommunikasiyaları şöbə müdiri: "OBA" marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur. 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T19:38+0400
2021-09-23T19:38+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
market
ağac
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/428000127_0:0:2000:1130_1920x0_80_0_0_a64e6b073847ae62fb3617dee6681d31.jpg
BAKI, 23 sentyabr — Sputnik. "OBA" marketlər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən "OBA" marketin qarşısında kəsilən ağaclarla bağlı rəsmi açıqlama yayıb. Şirkətdən Sputnik-Azərbaycan-a daxil olan məlumatda deyilir ki, "OBA" marketlər şəbəkəsinin Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, "OBA" marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur:Fəzilət Səmədova əlavə edib ki, "OBA" marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.Qeyd edək ki, Sputnik Azərbaycan-ın məlumatına görə, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:V.Cavadov onu da bildirib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.Həmçinin oxuyun:Bakıda sahibkar təbiəti marketə qurban verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/428000127_0:0:2000:1258_1920x0_80_0_0_dc208819a4b2fc9f42d439ec1a5e73fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, market, ağac, azərbaycan
xəbərlər, market, ağac, azərbaycan
"OBA" market ağacların kəsilməsində günahkar deyil - rəsmi açıqlama
19:38 23.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Marketinq Kommunikasiyaları şöbə müdiri: "OBA" marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur.
BAKI, 23 sentyabr — Sputnik. "OBA" marketlər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən
"OBA" marketin qarşısında kəsilən ağaclarla bağlı rəsmi açıqlama yayıb. Şirkətdən
Sputnik-Azərbaycan-a daxil olan məlumatda deyilir ki, "OBA" marketlər şəbəkəsinin Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.
Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, "OBA" marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur:
"Bir neçə gün öncə marketimizdə çalışan əməkdaşlarımız Ekologiya Nazirliyinin nümayəndələri olduğunu bildirən şəxslərə rəsmi şəkildə müraciət etməli olduqlarını, bundan sonra görüntüləri verə biləcəklərini bildiriblər. "OBA" Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq görüntülər təqdim olunmayıb".
Fəzilət Səmədova əlavə edib ki, "OBA" marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.
Qeyd edək ki, Sputnik Azərbaycan-ın məlumatına görə, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
"İlkin araşdırma zamanı "Oba market"in qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib".
V.Cavadov onu da bildirib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.