CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb pəncərələri daha atəş səsindən cingildəmir

© Sputnik / Zulfiyya Guluyeva Qapanlı kənd tam orta məktəbi
 Qapanlı kənd tam orta məktəbi - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Güllədən dəlik-deşik olan məktəb binası, məktəb həyətinə düşən mərmilərin açdığı iri çalalar, idman zalının mərmidən sonra parça-parça olaraq ətrafa yayılan döşəməsi Ermənistan silahlı qüvvələrinin təhsil ocağını hədəfə aldığının təkzibolunmaz dəlilidir.
BAKI, 23 sentyabr — Sputnik. Otuzildən sonra ilk dəfə idi ki, “düşmənə qarşı Stalinqrad” adlandırılan Tərtərdə məktəblilər dərsə heç bir təhlükə olmadan getdilər. Sputnik Azərbaycan Tərtərin keçmiş cəbhə xəttinə ən yaxın kəndlərində yeni tədris ilindən hazırladığı reportajı təqdim edir...
Müharibə bitsə də, izləri hələ qalıb...
Atəş səsləri sussa da, göydən mərmi daha yağış kimi yağmasa da, Tərtər rayonun Qapanlı kənd orta məktəbində 44 günlük müharibənin izləri qalmaqdadır. Güllədən dəlik-deşik olan məktəb binası, məktəb həyətinə düşən mərmilərin açdığı iri çalalar, pəncərələrin qırıq şüşələri, idman zalının mərmidən sonra parça-parça olaraq ətrafa yayılan döşəməsi Ermənistan silahlı qüvvələrinin təhsil ocağını hədəfə aldığının təkzibolunmaz dəlilidir. Müharibə dövründə məktəb erməni silahlılarının ağır artilleriyadan açdığı atəş nəticəsində yararsız vəziyyətə düşsə də, tədris ilinə qədər qismən də olsa, təmir edilib.
© Sputnik / Zulfiyya Guluyeva Qapanlı kənd tam orta məktəbi
 Qapanlı kənd tam orta məktəbi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Qapanlı kənd tam orta məktəbi
"Məktəbdən bir az uzaqlaşmışdım ki, gördüm mərmi məktəbimizə düşdü".
Bizi qapıda qarşılayan məktəbin direktoru Fitat Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, təhsil müəssisəsinin həyətinə 8-ə yaxın mərmi düşüb. Daha bir mərmi isə məktəbin idman zalına təsadüf edib. Nəticədə məktəbin binası ciddi zədə alıb. Məktəb direktoru o günü belə xatırlayır:
“Mən əmək kitabçalarını, sənədləri yığışdırıb getdikdən sonra iki əmək kitabçasının əksik olduğunu gördüm. Bildim ki, əmək kitabçalarını, sənədləri tələsik yığışdırarkən məktəbdə düşürmüşəm. Ona görə də oktyabrın 5-də əmək kitabçalarını tapmaq üçün məktəbə gəldim. Həmin vaxt qızğın döyüş getdiyi üçün biz kəndin içinə girə bilmirdik. Hamı kimi mən də kəndə yaxın, Qarağacıayrıcı adlandırılan yerdə atəşin dayanmasını gözləyirdim. Atəş dayanandan sonra kəndə gəldik. Elə biz kəndə çatana yaxın yenidən atəş səsləri eşidilməyə başladı. Kənddə qalan sakinlər mənə dedilər ki, erməni silahlıları yenidən atmağa başlayıb. Buna baxmayaraq, mən həmin sənədləri tapmaq üçün məktəbə gəldim. Xoşbəxtlikdən əmək kitabçalarını tez tapdım. Məktəbdən bir az uzaqlaşmışdım ki, gördüm bir mərmi əkin sahəsinə düşdü. Ondan sonra atılan mərmi məktəbimizə düşdü. Məktəbi toz-duman bürümüşdü. Sonra gələndə gördüm ki, atılan mərmilərin 8-i məktəbin həyətinə və yaxınlığına, ikisi məktəbin binasına düşüb. Bir mərmi məktəbin çardağından idman zalına düşmüşdü. Zərbədən sinif otaqlarının salamat pəncərəsi qalmamışdı. Məktəbin divarları isə dəlik-deşik idi...”.
© Sputnik / Zulfiyya Guluyeva
Qapanlı kənd tam orta məktəbi - Sputnik Azərbaycan
1/3
© Sputnik / Zulfiyya Guluyeva
 Qapanlı kənd tam orta məktəbi - Sputnik Azərbaycan
2/3
© Sputnik / Zulfiyya Guluyeva
Qapanlı kənd tam orta məktəbi - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
30 ildə ilk dəfədir ki...
Direktor yeni tədris ilində məktəbin bir hissəsinin təmir edildiyini, şagirdlərə oxumaq üçün şərait yaradıldığını söylədi. Onun sözlərinə görə, köhnə məktəb atılan mərmilərdən sonra tam yararsız vəziyyətə düşdüyündən, bir neçə il öncə yeni məktəb inşa olunub. Amma Ermənistan Silahlı Qüvvələri bu məktəbə də müharibə zamanı zərər vurub. F.Əliyeva deyir ki, 30 ildən sonra ilk dəfədir ki, Qapanlı sakinləri uşaqlarını heç narahatlıq keçirmədən məktəbə yola salır:
“İlk dəfədir ki, bu tədris ili üzümüz gülür. Atəşkəs dövründə də həmişə dərsi narahatlıq içində keçmişik. Gözümüz pəncərədə, qulağımız səsdə olub. Tənəffüsdə belə narahatlıq keçirirdik. Qorxurduq ki, ermənilərin açdığı atəş həyətdə oynayan uşaqlara dəyər... Şükür ki, başda Ali Baş Komandanımız olmaqla müzəffər ordumuz bu narahatlığımıza son qoydu. Torpaqlarımız işğaldan azad olundu. Artıq Tərtərin Qapanlı kəndi cəbhə xəttində yerləşən ərazi hesab olunmur. Artıq erməni silahlılarının gülləsi bizə tuşlanmayıb. Bunun necə böyük xoşbəxtlik olduğunu isə sözlə ifadə etmək mümkün deyil”.
"Artıq uşaqlarımızın taleyindən narahat deyilik"
Məktəbdə həmsöhbət olduğumuz valideynlər də 44 günlük müharibədə Zəfər qazandıqdan sonra övladları ilə bağlı narahatlığın aradan qalxdığını söyləyirlər. Gülüstan Məmmədova adlı valideyn deyir ki, atəşkəs dövründə erməni silahlıları atəşkəsi tez-tez pozduğundan, övladlarını məktəbə əsas yolla yox, kənd içi, ara yollarla gətirib aparırmışlar:
“Uşaq məktəbə gedib-gələnə qədər narahat qalırdıq. İndi şükür ki, uşaqlarımızın taleyindən narahat deyilik. 44 günlük müharibə bu narahatlığımıza birdəfəlik son qoydu”.
© Sputnik / Zulfiyya GuluyevaTərtər rayonun Qapanlı kənd orta məktəbində dərs prosesi
Qapanlı kənd tam orta məktəbi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Tərtər rayonun Qapanlı kənd orta məktəbində dərs prosesi
"Sinif otaqlarında rahat əyləşib dərs keçməkdən böyük xoşbəxtlik ola bilməz!"
Məktəbin sinif otaqlarını gəzərkən bu il məktəbə ilk qədəmlərini basan birincilərlə də görüşdük. Sinif müəlliməsi Nailə müəllimə bildirdi ki, heç vaxt bu gün olduğu kimi bu sinif otağında sakit dərs keçməyib:
“Atəşkəs pozulduqca, iriçaplı silahlardan atılan atəş sinif otaqlarımızın pəncərələrini cingildədirdi. Yaxınlığa düşən mərminin təsirindən məktəb silkələnirdi. Biz bu vahimə içində dərs keçmişik. Bununla belə, heç bir valideyn uşağını məktəbdən saxlamayıb. Artıq uşaqlar da açılan atəş səslərinə öyrəşmişdilər. Biz müəllim olaraq narahatlıq keçirsək də, uşaqlar qorxmurdular. Artıq o narahatlığımız geridə qalıb. Bizim üçün bu sinif otaqlarında rahat əyləşib dərs keçməkdən böyük xoşbəxtlik ola bilməz. Buna görə bütün şəhidlərimizə, prezidentimizə, ordumuza minnətdarıq!”.
Xoşbəxt birincilər...
Birincilər isə məktəbdə keçən ilk günlərinin sevincini yaşayırdılar. Olub bitənlərdən xəbərsiz.. Bilmirdilər ki, bir də bu məktəbin sinif otaqlarının pəncərələri atəş səsindən cingildəməyəcək. Mərmi, raket məktəb binasının məhvərini yerindən oynatmayacaq... Bəlkə də onlar bu məktəbin son 30 ildə təhsil alan ən xoşbəxt şagirdləri olacaqlar. Tam təhlükəsiz, sülh şəraitində təhsil alan şagirdləri... 
Həmçinin oxuyun:
Güllələr də susarmış... Artıq Tərtər məktəblərinin pəncərələrini atəş səsləri silkələmir
Xəbər lenti
0