https://sputnik.az/20210923/Azrbaycan-v-Grcstan-teatrlar-arasnda-memorandum-imzalanb-427998572.html
Azərbaycan və Gürcüstan teatrları arasında memorandum imzalanıb
Azərbaycan və Gürcüstan teatrları arasında memorandum imzalanıb
Sputnik Azərbaycan
Memorandumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət... 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T21:12+0400
2021-09-23T21:12+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
teatr
gürcüstan
akademik
musiqili teatr
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42383/12/423831247_0:359:2480:1754_1920x0_80_0_0_b154cb29c09f7e07d6931960c2b3245e.jpg
BAKI, 23 sentyabr — Sputnik.Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi Eristavi adına Dövlət Peşəkar Dram Teatrı arasında memorandum imzalanıb. Teatrdan Sputnik Azərbaycan-a verilən məlumata görə, sənədi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıblar.Əliqismət Lalayev memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını, son iki ildə hökm sürən mövcud pandemiya şəraitinə və onun gətirdiyi problemlərə baxmayaraq, Akademik Musiqili Teatrın kollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə çatdırıb."Azərbaycan və Gürcüstan teatrları arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yaradıcılıq əlaqələrinin daha da genişlənməsini, qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor, rəssam mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da yaxınlaşdıracaq", - deyə Əliqismət Lalayev bildirib.Həmçinin oxuyun:UNESCO Azərbaycan Dövlət Akademik Musiqili Teatrının layihəsinə "hə" dedi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/12/423831247_92:0:2431:1754_1920x0_80_0_0_ce575f110af505f8bc2ce1183f9cbb73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, teatr, gürcüstan, akademik, musiqili teatr, azərbaycan
xəbərlər, teatr, gürcüstan, akademik, musiqili teatr, azərbaycan
Azərbaycan və Gürcüstan teatrları arasında memorandum imzalanıb
21:12 23.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Memorandumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıblar
BAKI, 23 sentyabr — Sputnik.Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi Eristavi adına Dövlət Peşəkar Dram Teatrı arasında memorandum imzalanıb. Teatrdan
Sputnik Azərbaycan-a verilən məlumata görə, sənədi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi
Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri
David Çxartişvili imzalayıblar.
Əliqismət Lalayev memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını, son iki ildə hökm sürən mövcud pandemiya şəraitinə və onun gətirdiyi problemlərə baxmayaraq, Akademik Musiqili Teatrın kollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə çatdırıb.
"Azərbaycan və Gürcüstan teatrları arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yaradıcılıq əlaqələrinin daha da genişlənməsini, qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor, rəssam mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da yaxınlaşdıracaq", - deyə Əliqismət Lalayev bildirib.