https://sputnik.az/20210923/-n-gcl-ya-bu-blgy-yab-427995999.html
Zaqatalada sel qurbanı olmuş şəxsin cəsədi tapılıb
Zaqatalada sel qurbanı olmuş şəxsin cəsədi tapılıb
Sputnik Azərbaycan
Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub. Güclü yağış Balakənçay, Katexçay və Talaçayda... 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T19:06+0400
2021-09-23T19:06+0400
2021-09-23T19:18+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0b/424900841_0:157:3081:1890_1920x0_80_0_0_ab430cae466747d8eea2a1216588d647.jpg
BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Zaqatalada sel qurbanı olmuş, Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib. Bu barədə FHN-dən məlmat verilib.Məlumatda qeyd olunur ki, daşqın və sel nəticəsində yaranmış vəziyyətlə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin bir ədəd helikopteri xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin görülməsinə cəlb olunub. Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdə, əsas etibarilə, suçəkmə işləri həyata keçirilir.***Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub. Güclü yağış nəticəsində Balakənçay (Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala) hal-hazırda sel və daşqın hadisəsi müşahidə olunur.Düşən yağışın miqdarı Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161%-i), Əlibəydə 120.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub. Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.Qeyd edək ki, yağan leysan yağışları nəticəsində Katex çayı məcrasından çıxaraq daşıb. Yağışlar Zaqatala rayonu ərazisindən axan çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub.Belə ki, Mazıx, Qəbizdərə, Meşleş, Yolayrıc kəndlərində həyətyanı sahələrə, əkin sahələrinə və evlərə yağış suları dolub. Kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb.Leysan yağışları Qəbizdərə kənd sakini 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun həyatını itirməsinə, bir nəfərin isə köməksiz qalmasına səbəb olub.Yağan yağışlar səbəbindən Balakəndə 600 hektar əkin sahələri su altında qalıb, yaşayış evlərindən birində ildırım vurması nəticəsində yanğın olub. Balakən və Zaqatalada 8 elektrik dirəyi aşıb, 3 transformatoru isə ildırım vurub. Hazırda aidiyyəti qurumlar tərəfindən leysan yağışlarının bölgələrdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Nazirliyin “112” qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.Həmçinin oxuyun:Şimal-qərb bölgəsi sel suları altında qalıb, 53 yaşlı kişi daşqının qurbanı olub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0b/424900841_174:0:2905:2048_1920x0_80_0_0_0f056b5542d7716b8441f51e9edda767.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Zaqatalada sel qurbanı olmuş şəxsin cəsədi tapılıb
19:06 23.09.2021 (Yenilənib: 19:18 23.09.2021) Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub. Güclü yağış Balakənçay, Katexçay və Talaçayda sel və daşqınlar törədib.
BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Zaqatalada sel qurbanı olmuş, Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib. Bu barədə FHN-dən məlmat verilib.
Məlumatda qeyd olunur ki, daşqın və sel nəticəsində yaranmış vəziyyətlə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin bir ədəd helikopteri xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin görülməsinə cəlb olunub. Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdə, əsas etibarilə, suçəkmə işləri həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub. Güclü yağış nəticəsində Balakənçay (Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala) hal-hazırda sel və daşqın hadisəsi müşahidə olunur.
Düşən yağışın miqdarı Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161%-i), Əlibəydə 120.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub. Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.
Qeyd edək ki, yağan leysan yağışları nəticəsində Katex çayı məcrasından çıxaraq daşıb. Yağışlar Zaqatala rayonu ərazisindən axan çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub.
Belə ki, Mazıx, Qəbizdərə, Meşleş, Yolayrıc kəndlərində həyətyanı sahələrə, əkin sahələrinə və evlərə yağış suları dolub. Kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Leysan yağışları Qəbizdərə kənd sakini 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun həyatını itirməsinə, bir nəfərin isə köməksiz qalmasına səbəb olub.
Yağan yağışlar səbəbindən Balakəndə 600 hektar əkin sahələri su altında qalıb, yaşayış evlərindən birində ildırım vurması nəticəsində yanğın olub. Balakən və Zaqatalada 8 elektrik dirəyi aşıb, 3 transformatoru isə ildırım vurub. Hazırda aidiyyəti qurumlar tərəfindən leysan yağışlarının bölgələrdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Nazirliyin “112” qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.
Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.