Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Çıraq" platformasında hasilat dayandırılır

© Sputnik / REPORTПлатформа "Азери-Чираг-Гюнешли"
Платформа Азери-Чираг-Гюнешли  - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.
BAKI, 22 sentyabr — Sputnik. BP şikəti Azəri-Çıraq-Dərinsulu Günəşlinin (AÇG) illik iş proqramının bir hissəsi olaraq "Çıraq" platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirəcək.
“BP-Azerbaijan” şirkətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, plana əsasən "Çıraq" platformasından hasilat 2021-ci il sentyabr ayının 23-dən başlayaraq təqribən 25 gün müddətinə dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.
Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək. Proqramın iş həcminin əsas hissəsini Çıraq qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edəcək. Bu layihə Çırağın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.
AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.
Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.
Həmçinin oxuyun:
Azərbaycan bu yataqdan dörd milyard barel neft hasil edib
Xəbər lenti
0