https://sputnik.az/20210922/hid-ailsi-zvlri-v-Vtn-mharibsi-qazilri-n-Mulluq-marafonu-427987588.html
Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri üçün "Məşğulluq marafonu"
Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri üçün "Məşğulluq marafonu"
Sputnik Azərbaycan
İşəgötürənlər Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona 2518 vakansiya təqdim ediblər. 22.09.2021, Sputnik Azərbaycan
2021-09-22T16:06+0400
2021-09-22T16:06+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
şəhid
qazi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1e/426098523_0:65:2048:1217_1920x0_80_0_0_67b12aa7c647f98a40d44dd05e69e7c6.jpg
BAKI, 22 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı "Məşğulluq marafonu"nda iştirak edən işəgötürənlərin sayı 512-ə çatıb. Onların 268-i dövlət, 244-ü özəl müəssisələrdir.Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işəgötürənlər Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona 2518 vakansiya təqdim ediblər.Vakansiyalar üzrə verilən göndərişlər əsasında 122-i şəhid ailəsi üzvü və 614-ü qazi olmaqla ümumilikdə 736 nəfər işlə təmin olunub. Həmin kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi prosesi davam edir."Məşğulluq marafonu"na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.Vətən uğrunda savaşlarda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və bu savaşlarda sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi də vətənpərvərlik təzahürü, dövlətin siyasətinə mühüm töhfədir. Hər bir işəgötürəni bu nəcib sahədə fəal olmağa səsləyirik.Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!Həmçinin oxuyun:Diqqət: Peşə məktəblərində vakansiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1e/426098523_0:0:1800:1350_1920x0_80_0_0_08cc394dc6ec359a685361f9b38451e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, şəhid, qazi, azərbaycan
xəbərlər, şəhid, qazi, azərbaycan
Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri üçün "Məşğulluq marafonu"
16:06 22.09.2021 (Yenilənib: 00:05 17.11.2021) İşəgötürənlər Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona 2518 vakansiya təqdim ediblər.
BAKI, 22 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı "Məşğulluq marafonu"nda iştirak edən işəgötürənlərin sayı 512-ə çatıb. Onların 268-i dövlət, 244-ü özəl müəssisələrdir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, işəgötürənlər
Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona 2518 vakansiya təqdim ediblər.
Vakansiyalar üzrə verilən göndərişlər əsasında 122-i şəhid ailəsi üzvü və 614-ü qazi olmaqla ümumilikdə 736 nəfər işlə təmin olunub. Həmin kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi prosesi davam edir.
"Məşğulluq marafonu"na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
Vətən uğrunda savaşlarda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və bu savaşlarda sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi də vətənpərvərlik təzahürü, dövlətin siyasətinə mühüm töhfədir. Hər bir işəgötürəni bu nəcib sahədə fəal olmağa səsləyirik.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!