https://sputnik.az/20210922/agirdlrin-yani-itiraknn-knlllk-sasnda-olmas-tlbi-lv-olunub-427986018.html
Şagirdlərin əyani iştirakının könüllülük əsasında olması tələbi ləğv olunub
Şagirdlərin əyani iştirakının könüllülük əsasında olması tələbi ləğv olunub
Sputnik Azərbaycan
Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər də dəyişib. Dəyişikliyə əsasən, 1,5 metr məsafə tələbi 1 metrə endirilib. 22.09.2021, Sputnik Azərbaycan
2021-09-22T12:56+0400
2021-09-22T12:56+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
elm
məktəb
şagird
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427982979_0:0:3072:1736_1920x0_80_0_0_d905d104f8709fa40df348b02e2b2e7c.jpg
BAKI, 22 sentyabr — Sputnik. Məktəblərdə tədris prosesində şagirdlərin əyani iştirakının könüllülük prinsipi əsasında olması tələbi ləğv olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.Daha bir ləğv olunan qərar təhsil müəssisələrində əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsil alanların sayı, qalanların günü uzadılmış qruplarda təhsil alanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsil verənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılmasıdır. Eyni zamanda təhsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsil alanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilməsi ləğv olunan qərarlar sırasındadır.Qeyd edək ki, övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar. Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir.Xatırladaq ki, pandemiya şəraitində ötən tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi.Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər dəyişibQüvvədə olan qərara əsasən, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunmalı və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməli idi.Dəyişikliyə əsasən, 1,5 metr məsafə tələbi 1 metrə endirilib.Beləliklə, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1 metr sosial məsafə təmin olunmalı v bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1 metr) gözlənilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427982979_0:0:3072:1930_1920x0_80_0_0_db719b3ede5205a1154b5b3ce21b975b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, məktəb, şagird, azərbaycan
xəbərlər, məktəb, şagird, azərbaycan
Şagirdlərin əyani iştirakının könüllülük əsasında olması tələbi ləğv olunub
12:56 22.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər də dəyişib. Dəyişikliyə əsasən, 1,5 metr məsafə tələbi 1 metrə endirilib.
BAKI, 22 sentyabr — Sputnik. Məktəblərdə tədris prosesində şagirdlərin əyani iştirakının könüllülük prinsipi əsasında olması tələbi ləğv olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Baş nazir
Əli Əsədovun imzaladığı
"Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.
Daha bir ləğv olunan qərar təhsil müəssisələrində əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsil alanların sayı, qalanların günü uzadılmış qruplarda təhsil alanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsil verənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılmasıdır. Eyni zamanda təhsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsil alanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilməsi ləğv olunan qərarlar sırasındadır.
Qeyd edək ki, övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar. Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir.
Xatırladaq ki, pandemiya şəraitində ötən tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi.
Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər dəyişib
Qüvvədə olan qərara əsasən, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunmalı və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməli idi.
Dəyişikliyə əsasən, 1,5 metr məsafə tələbi 1 metrə endirilib.
Beləliklə, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1 metr sosial məsafə təmin olunmalı v bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1 metr) gözlənilməlidir.