Qələbəmizin simvolu olan "Dəmir yumruq" abidəsinin açılışı olub
13:15 22.09.2021 (Yenilənib: 00:05 17.11.2021)
© Photo : Press service of the Gala State Historical Ethnographic ReserveПамятник” Железный кулак»
© Photo : Press service of the Gala State Historical Ethnographic Reserve
Abunə olmaq
Belə bir abidənin məhz Qala Qoruğu ərazisində ucaldılması muzeyə gələn ziyarətçilərdə, xüsusilə gənc nəsildə tariximizin öyrənilməsində və vətənpərvərlik ruhunun aşılanmasında xüsusi əhəmiyyət daşıyır.
BAKI, 22 sentyabr — Sputnik. "İçərişəhər" Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun muzeylər kompleksi ərazisində Vətən müharibəsinin birinci ildönümü münasibətilə "Dəmir yumruq" abidəsinin açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Vətən müharibəsində əldə olunmuş qələbəyə, möhtəşəm zəfər tariximizə həsr olunan və Qarabağda gedən hərbi əməliyyatların simvoluna çevrilən "Dəmir yumruq" abidəsinin müəllifi həvəskar heykəltaraş, Vətən müharibəsi iştirakçısı Elvin Manafovdur.
E.Manafov "Vətən müharibəsi iştirakçısı" və "Kəlbəcərin azad olunması uğrunda" medalları ilə təltif olunub. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak edib, aparılan döyüş əməliyyatlarının uğurlu nəticəsindən ruhlanaraq, böyük Zəfərdən ilham alaraq "Dəmir yumruq" abidəsini hazırlayıb. Xromla üzlənmiş dəmirdən hazırlanmış abidənin alt hissəsində "Qarabağ Azərbaycandır!" şüarı yazılıb və Ordumuzun zəfər simvolu – olan Xarıbülbül həkk edilib.
© Photo : Press service of the Gala State Historical Ethnographic Reserve"Dəmir yumruq" abidəsinin müəllifi Elvin Manafov
"Dəmir yumruq" abidəsinin müəllifi Elvin Manafov
© Photo : Press service of the Gala State Historical Ethnographic Reserve
Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatlarının simvoluna çevrilmiş "Dəmir yumruq" abidəsi, əsrlər boyu xalqımızın işğalçılara qarşı necə mübariz olduğunu təsdiq edən bir nümunədir. "Dəmir yumruq" həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının və müzəffər Ordunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında birliyin, möhkəmliyin ümumxalq devizinə çevrilib.
Belə bir abidənin məhz Qala Qoruğu ərazisində ucaldılması muzeyə gələn ziyarətçilərdə, xüsusilə gənc nəsildə tariximizin öyrənilməsində və vətənpərvərlik ruhunun aşılanmasında xüsusi əhəmiyyət daşıyır.