CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunub

© Sputnik / Kemale AliyevaСпектакль «Лейли и Меджнун» в Азербайджанском государственном академическом театре оперы и балета
Спектакль «Лейли и Меджнун» в Азербайджанском государственном академическом театре оперы и балета - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Tamaşada əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa ediblər.
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" opera tamaşası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycanda pandemiya şəraitində teatr səhnəsində nümayiş olunan ilk tamaşadır.
Tamaşada əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa ediblər. Tamaşada həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları iştirak ediblər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib.
© Sputnik / Kemale AliyevaAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" opera tamaşası
Спектакль «Лейли и Меджнун» в Азербайджанском государственном академическом театре оперы и балета - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" opera tamaşası
Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəliblər. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb və əyləşdirilib.
Məlumat üçün bildirək ki, "Leyli və Məcnun" Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operası. Opera, Məhəmməd Füzuli tərəfindən XIV əsrdə yazılmış "Leyli və Məcnun" faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.
© Sputnik / Kemale AliyevaAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" opera tamaşası
Спектакль «Лейли и Меджнун» в Азербайджанском государственном академическом театре оперы и балета - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" opera tamaşası
Operanın ilk səhnələşdirilməsi 12 yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutub. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir.
2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilib.
Həmçinin oxuyun:
Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Balet, ömrüm mənim" filmi nümayiş olunub
Xəbər lenti
0