https://sputnik.az/20210922/Koronavirusun-vtnind-hamya-kino-gstrcklr-427980919.html
Koronavirusun vətənində hamıya kino göstərəcəklər
Koronavirusun vətənində hamıya kino göstərəcəklər
Sputnik Azərbaycan
Əvvəlki festivallardan fərqli olaraq, bu il Pekin ilə yanaşı, qonşu Hebey vilayəti və Tiencin şəhərinin ümumilikdə 31 kinoteatrında 300-dən çox yerli və xarici... 22.09.2021, Sputnik Azərbaycan
2021-09-22T08:35+0400
2021-09-22T08:35+0400
2021-11-16T20:30+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747642_0:161:3071:1888_1920x0_80_0_0_dd804e3ac03c2b89f08293816eb843ac.jpg
BAKI, 22 sentyabr — Sputnik. Çinin paytaxtı Pekində 11-ci beynəlxalq film festivalı başlayıb.Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Çin Dövlət Kino Administrasiyasının təşkil etdiyi builki festivalda pandemiya ilə əlaqədar beynəlxalq səyahətlərdə tətbiq olunan qadağalara və karantin qaydalarına görə çox sayda xarici qonaq iştirak edə bilmir.\Buna baxmayaq, festivalın əsas hadisəsi olan "Tiantan" mükafatı uğrunda mübarizəyə 77 ölkədən 889 film təqdim olunub. Münsiflər heyəti müsabiqənin yekun mərhələsi üçün Çin, Rusiya, Danimarka kinomatoqrafçılarının istehsalı olan ekran işləri də daxil olmaqla 15 film seçiblər. Müxtəlif nominasiyalar üzrə qaliblər festivalın davam edəcəyi günlərdə açıqlanacaq.Əvvəlki festivallardan fərqli olaraq, bu il Pekin ilə yanaşı, qonşu Hebey vilayəti və Tiencin şəhərinin ümumilikdə 31 kinoteatrında 300-dən çox yerli və xarici film nümayiş olunacaq. Sentyabrın 29-dək davam edəcək festival günlərində çox sayda tədbirlər, o cümlədən film sərgisi, karnaval, konfrans və s. keçiriləcək.Məlumat üçün bildirək ki, Pekin Beynəlxalq Film Festivalı, 2011-ci ildə qurulan və Çinin paytaxtı Pekində keçirilən illik film festivalıdır. Festival Pekin Bələdiyyəsi Hökuməti tərəfindən dəstəklənir və sponsorluq edilir. Yarandığı gündən bəri festivala Hollivud ulduzları, rejissorlar, prodüserlər qatılıb.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747642_170:0:2901:2048_1920x0_80_0_0_52133971ad26eb73c31f735952801d61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Koronavirusun vətənində hamıya kino göstərəcəklər
08:35 22.09.2021 (Yenilənib: 20:30 16.11.2021) Əvvəlki festivallardan fərqli olaraq, bu il Pekin ilə yanaşı, qonşu Hebey vilayəti və Tiencin şəhərinin ümumilikdə 31 kinoteatrında 300-dən çox yerli və xarici film nümayiş olunacaq.
BAKI, 22 sentyabr — Sputnik. Çinin paytaxtı Pekində 11-ci beynəlxalq film festivalı başlayıb.
Sputnik Azərbaycan
xarici mediaya istinadən xəbər verir ki, Çin Dövlət Kino Administrasiyasının təşkil etdiyi builki festivalda pandemiya ilə əlaqədar beynəlxalq səyahətlərdə tətbiq olunan qadağalara və karantin qaydalarına görə çox sayda xarici qonaq iştirak edə bilmir.
\Buna baxmayaq, festivalın əsas hadisəsi olan "Tiantan" mükafatı uğrunda mübarizəyə 77 ölkədən 889 film təqdim olunub. Münsiflər heyəti müsabiqənin yekun mərhələsi üçün Çin, Rusiya, Danimarka kinomatoqrafçılarının istehsalı olan ekran işləri də daxil olmaqla 15 film seçiblər. Müxtəlif nominasiyalar üzrə qaliblər festivalın davam edəcəyi günlərdə açıqlanacaq.
Əvvəlki festivallardan fərqli olaraq, bu il Pekin ilə yanaşı, qonşu Hebey vilayəti və Tiencin şəhərinin ümumilikdə 31 kinoteatrında 300-dən çox yerli və xarici film nümayiş olunacaq. Sentyabrın 29-dək davam edəcək festival günlərində çox sayda tədbirlər, o cümlədən film sərgisi, karnaval, konfrans və s. keçiriləcək.
Məlumat üçün bildirək ki, Pekin Beynəlxalq Film Festivalı, 2011-ci ildə qurulan və Çinin paytaxtı Pekində keçirilən illik film festivalıdır. Festival Pekin Bələdiyyəsi Hökuməti tərəfindən dəstəklənir və sponsorluq edilir. Yarandığı gündən bəri festivala Hollivud ulduzları, rejissorlar, prodüserlər qatılıb.