Güllələr də susarmış... Artıq Tərtər məktəblərinin pəncərələrini atəş səsləri silkələmir
14:08 22.09.2021 (Yenilənib: 00:05 17.11.2021)
© Sputnik / Zulfiyya GuluyevaSoyulan kənd tam orta məktəbi
© Sputnik / Zulfiyya Guluyeva
Abunə olmaq
Atəşkəs dövründə hər zaman məktəb kollektivi səksəkə içində olub. Bununla belə 28 illik işğal dövründə təmas xəttinə ən yaxın məktəb olan Soyulan kənd məktəbində dərslər bir gün belə dayandırılmayıb.
BAKI, 22 sentyabr — Sputnik. Bir il öncə daim atəş səsləri eşidilən, cəbhə xəttinə yaxın olduğu üçün güllə səsləri susmayan Tərtərdə ilk dəfədir ki, məktəblilər yeni tədris ilinə heç bir narahatlıq keçirmədən, təhlükəsiz bir şəraitdə başlayırlar. Sputnik Azərbaycan “düşmənə qarşı Stalinqrad” adlandırılan Tərtərin keçmiş cəbhə zonasına yaxın kəndlərində yeni tədris ilinin başlanmasına həsr olunmuş reportajı təqdim edir. Qonaq olduğumuz ilk ünvan Tərtərin Soyulan kənd orta məktəbidir. Təhsil müəssisəsinin direktoru Hafizə Mikayılova bizi məktəblə tanışlığımız müharibə dövründə təhsil ocağının yaxınlığına düşən mərminin yaratdığı çaladan başlayır.
© Sputnik / Zulfiyya GuluyevaTərtərdə Soyulan kənd tam orta məktəbi
Tərtərdə Soyulan kənd tam orta məktəbi
© Sputnik / Zulfiyya Guluyeva
44 günlük müharibə dövründə dərslər distant üsulla keçirildiyindən şagirdlər xəsarət almasa da, bura düşən mərmi məktəbə ziyan vurub. Direktor yeni tədris ili əvvəli məktəbin təmir edildiyini söylədi. Sinif otaqlarını bizimlə birgə gəzən Hafizə xanım ilk dəfədir məktəbdə dərslərin təhlükəsiz şəraitdə keçirildiyini deyir. Həmsöhbətimiz deyir ki, atəşkəs dövründə hər zaman məktəb kollektivi səksəkə içində olub. Bununla belə 28 illik işğal dövründə təmas xəttinə ən yaxın məktəb olan Soyulan kənd məktəbində dərslər bir gün belə dayandırılmayıb:
”Allah sanki bizə cəsarət vermişdi. Atılan mərmilər məktəbin binasını silkələyirdi, amma biz dərsimizə davam edirdik. Artıq güllə səsləri bizim üçün adiləşmişdi. Ermənistan silahlı qüvvələrinin atdığı atəş bizi qorxutmurdu. Uşaqlar da bu səslərə öyrəşmişdi. Şükür bu günümüzə ki, o günlər geridə qaldı. Biz zəfər qazandıq”.
© Sputnik / Zulfiyya Guluyeva
1/4
© Sputnik / Zulfiyya Guluyeva
© Sputnik / Zulfiyya Guluyeva
2/4
© Sputnik / Zulfiyya Guluyeva
© Sputnik / Zulfiyya Guluyeva
3/4
© Sputnik / Zulfiyya Guluyeva
© Sputnik / Zulfiyya Guluyeva
4/4
© Sputnik / Zulfiyya Guluyeva
1/4
© Sputnik / Zulfiyya Guluyeva
2/4
© Sputnik / Zulfiyya Guluyeva
3/4
© Sputnik / Zulfiyya Guluyeva
4/4
© Sputnik / Zulfiyya Guluyeva
Məktəbin müəllimləri də bu gün heç bir təhlükə olmadan dərslərə başladıqları üçün şəhidlərimizə, qazilərimizə minnətdar olduqlarını deyirlər. Məktəbin 4-cü sinif şagirdi Musa Əhmədov deyir ki, o, atəşkəs dövründə dərsə daim güllə altında gedib-gəldiyindən məktəbdə oxuyarkən qorxmayıb:
”Əsgərlərimiz bizi qoruyurdu. Ona görə də mən heç nədən qorxmurdum. Ermənilər güllə atanda biz sinifdə məsələ həll edirdik. Onların atdığı güllə bizim fikrimizi də dağıtmırdı. Sinif otaqlarının pəncərəsi silkələnəndə biz sinifdə dərs keçirdik”.
© Sputnik / Zulfiyya GuluyevaTərtərdə Soyulan kənd tam orta məktəbində dərs prosesi
Tərtərdə Soyulan kənd tam orta məktəbində dərs prosesi
© Sputnik / Zulfiyya Guluyeva
Həm şagirdlər, həm də müəllimlər müharibədən sonra kənddə həyatın öz axarı ilə davam etdiyini söyləyirlər. Onların sözlərinə görə, sakit və dinc həyat təhsilin də keyfiyyətinə təsirsiz ötüşmür. Bu gün Soyulan məktəbliləri dərsə rahat və təhlükəsiz gedib-gəldikləri üçün başda Ali Baş Komandan olmaqla, ordumuza sonsuz minnətdar olduqlarını söyləyirlər...