https://sputnik.az/20210922/Belarus-hkimlr-Azrbaycanda-hrbi-klinikalara-ba-kcklr-427990475.html
Belarus həkimlər Azərbaycanda hərbi klinikalara baş çəkəcəklər
Belarus həkimlər Azərbaycanda hərbi klinikalara baş çəkəcəklər
Sputnik Azərbaycan
Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin... 22.09.2021, Sputnik Azərbaycan
2021-09-22T19:00+0400
2021-09-22T19:00+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
belarus
hərbi
həkim
görüş
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427990199_0:99:1001:662_1920x0_80_0_0_773579c2bf0a99e8c745fa41b1d1d925.jpg
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində tibb təminatı məsələləri üzrə işçi görüşü keçirilib.Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.Əvvəlcə qonaqlara Azərbaycan Ordusunda cərrahi və terapevtik xidmətlərin təşkili, eləcə də sanitar-gigiyenik və əks-epidemik tədbirlər barədə brifinq təqdim edilib.Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili ilə bağlı ətraflı müzakirələr edilib.Sentyabrın 23-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyətinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ziyarəti planlaşdırılır.Eləcə də oxuyun: Arzu Rəhimov Türkiyənin Hərbi Çağırış Xidmətinin nümayəndələri ilə görüşübAzad edilən ərazilərdə 16000-dən çox mina və partlamamış döyüş sursatı məhv edilibHərbi təyyarəçilərimiz “Texnofest-2021”də ilk uçuşlarını uğurla icra ediblərXocavənddə Azərbaycan əsgərinin minaya düşməsi ilə bağlı MN-dən açıqlamaZakir Həsənov: Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimləri gələcəkdə də davam edəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427990199_33:0:916:662_1920x0_80_0_0_4ba49ab0ecf4985214d3c92df627672e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, belarus, həkim, görüş, azərbaycan
xəbərlər, belarus, həkim, görüş, azərbaycan
Belarus həkimlər Azərbaycanda hərbi klinikalara baş çəkəcəklər
19:00 22.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili ilə bağlı ətraflı müzakirələr edilib.
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində tibb təminatı məsələləri üzrə işçi görüşü keçirilib.
Bu barədə
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə qonaqlara Azərbaycan Ordusunda cərrahi və terapevtik xidmətlərin təşkili, eləcə də sanitar-gigiyenik və əks-epidemik tədbirlər barədə brifinq təqdim edilib.
Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili ilə bağlı ətraflı müzakirələr edilib.
Sentyabrın 23-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyətinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ziyarəti planlaşdırılır.
Azad edilən ərazilərdə 16000-dən çox mina və partlamamış döyüş sursatı məhv edilib
Hərbi təyyarəçilərimiz
“Texnofest-2021”də ilk uçuşlarını uğurla icra ediblər