SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş nazir: Gürcüstan regionda sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır

© Photo : Government of GeorgiaGürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Ölkə Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik üçün sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır.
BAKI, 22 sentyabr — Sputnik. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub, onlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Nazirlər Kabineti yayıb.
"Regionda inkişaf edən hadisələrə toxunulub. İrakli Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın əsas məqsədi regionda sülh və sabitliyi qorumaqdır və ölkə Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik üçün sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır", - deyə məlumatda bildirilir.
Hər iki ölkənin lideri eyni zamanda Azərbaycanın 15 erməni əsgərini minalanmış sahələrin xəritələri qarşılığında Ermənistana verməsi məsələsinə də toxunublar. Proses iyun ayında Gürcüstanın vasitəçiliyi ilə baş tutub. Məlumatda vurğulandığı kimi, Qaribaşvili və Ərdoğan bu mübadilənin "qonşular arasında əməkdaşlıq üçün yaxşı bir təməl olduğunu" qeyd ediblər.
Həmçinin oxuyun:
Çavuşoğlu və Blinken Qarabağa dair müzakirələr aparıblar
Xəbər lenti
0