CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metropoliten sərnişinlərinə daha bir şad xəbər: yeni stansiya haqda detallar

© Sputnik / Murad OrujovВид на тоннель из кабины машиниста
Вид на тоннель из кабины машиниста  - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.
BAKI, 21 sentyabr — Sputnik. Bənövşəyi xəttin 4-cü stansiyasının inşasına başlanılıb, yeni stansiya 4 səviyyədən ibarət olacaq. Sputnik Azərbaycan-ın xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata əsasən, metropolitenin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.
Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olmaqla yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir. Bu üsulun tələblərinə uyğun olaraq, tikinti işlərinə qədər “Divarda qrunt”un monolit dəmir-beton panelləri quraşdırılıb. Ötən dövrdə 1010 və 1021 metr uzunluğunda olan iki tunelin inşası da başa çatdırılıb: "Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma "Bənövşəyi xətt"in digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub".
© Baku Metro Closed Joint-Stock Company
Yeni metro stansiyasının tikintisi - Sputnik Azərbaycan
1/3
© Baku Metro Closed Joint-Stock Company
Yeni metro stansiyasının tikintisi - Sputnik Azərbaycan
2/3
© Baku Metro Closed Joint-Stock Company
Yeni metro stansiyasının tikintisi - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq.
Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.
Qeyd edək ki, stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir və üç inşaat zonasından ibarətdir. İnşaatın birinci mərhələsi kimi ərazidə torpaq örtüyü hamarlanıb. Birinci zonada tikinti-quraşdırma işlərinə başlanılıb və örtüyün armatur-karkas elementləri yığılır. Bir hissəsi artıq betonlanıb.
 
Xəbər lenti
0