https://sputnik.az/20210921/aztelekom-ve-baktelekom-internet-tariflerini-deyishdirdi-427979578.html
İki provayder internet tariflərini dəyişdirdi
İki provayder internet tariflərini dəyişdirdi
Sputnik Azərbaycan
Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib. 21.09.2021, Sputnik Azərbaycan
2021-09-21T20:11+0400
2021-09-21T20:11+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
hi-tech
internet
provayder
qiymət
azalma
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42205/51/422055125_0:63:3072:1791_1920x0_80_0_0_95ccdded2a1eb5a09ae8abc4abb9acca.jpg
BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.Eləcə də oxuyun: Azərbaycanda internet probleminin əsas səbəbi nədir? – İT ekspert şərh edirİnternet problemi həll olunacaq, bəs niyə tələsmək lazım deyil
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42205/51/422055125_259:0:2990:2048_1920x0_80_0_0_5872110e71660e171f9078e491b71142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, hi-tech, internet, provayder, qiymət, azalma, azərbaycan
xəbərlər, hi-tech, internet, provayder, qiymət, azalma, azərbaycan
İki provayder internet tariflərini dəyişdirdi
20:11 21.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.
BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.
Nazirlikdən
Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.
Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.
Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.
O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.
Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.
Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.
İnternet problemi həll olunacaq, bəs niyə tələsmək lazım deyil