Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yusif Eyvazovdan xanımına doğum günü sürprizi

© Photo : Instagram / yusif_eyvazov_officialЮсиф Эйвазов и Анна Нетребко
Юсиф Эйвазов и Анна Нетребко - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Tədbirdə Yusif Eyvazov Rusiyanın Xalq artisti Valeriya ilə "Любовь побеждает всё" ("Sevgi hər şeyə qalib gəlir"-red.) adlı mahnını duet oxuyub və onu səbəbkara həsr edib.
BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanın Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun Kreml sarayının səhnəsində keçirilən yubileyində ona sürpriz edib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Yusif Eyvazov Rusiyanın Xalq artisti Valeriya ilə "Любовь побеждает всё" ("Sevgi hər şeyə qalib gəlir"-red.) adlı mahnını duet oxuyub və onu səbəbkara həsr edib.
Duet zalda əyləşən tamaşaçıların çoxunu kövrəldib. Qeyd edək ki, mahnının musiqisi Maksim Fadeyevə, sözləri isə Natalya Kasimtsevaya məxsusdur.
Məlumat üçün bildirək ki, Yusif Eyvazov Milan Beynəlxalq Opera müğənniləri müsabiqəsinin Qran Pri mükafatçısıdır. 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, daha sonra təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə İtaliyaya, Milana gedib. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alıb. Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub.
Həmçinin oxuyun:
* Hollivud ulduzu Con Travolta azərbaycanlı artistləri dinlədi və heyranlığını bildirdi
* Yusif Eyvazov Anna Netrebkodan niyə övladının olmadığını açıqladı
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала