CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddisi günü dedilər, müharibə başladı: Cibində cəmi 7 manatı qalan şəhid

© Sputnik / Ilham MustafayevElşən Məmmədov
Elşən Məmmədov - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Müddətdən artıq hərbi qulluqçu Elşən Məmmədovun şəhid olduğu gündən bir il ötür/Müddətdən artıq hərbi qulluqçu Elşən Məmmədovun şəhid olduğu gündən bir il ötür/
BAKI, 21 sentyabr — Sputnik. Tovuz rayonunun Qazıqulu kənd sakini, müddətdən artıq hərbi qulluqçu Elşən Məmmədov həmin gün səhər erkəndən həmişəki kimi xidməti yerinə yollanır. Onu hərbi hissəyə atası yola salır. Bir az keçməmiş isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmən növbəti təxribatını edir. Təxribat nəticəsində kiçik çavuş Elşən Məmmədov şəhid olur.
Şəhidin əkiz qardaşı Rövşən Məmmədov qardaşı Elşənin hərbi sahəyə uşaqlıqdan maraq göstərdiyini , 6 il hərbi qulluqçusu vəzifəsinə şərəflə yerinə yetirdiyini deyir. Şəhidin qardaşı bildirir ki, Elşənin yeganə arzusu Vətən torpağını bütöv görmək idi.
© Sputnik / Ilham MustafayevElşən Məmmədovun xatirə guşəsi
Elşən Məmmədov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Elşən Məmmədovun xatirə guşəsi
"Mən bu gün fəxr edirəm ki, qardaşım vətən uğrunda şəhid olub. O, həmişə arzulayırdı ki, torpaqlarımız geri qaytarılsın. Biz şəhidlərimizin səbəbinə yaşayırıq və torpaqlarımız geri alındı. Bütün şəhidlərimizə rəhmət diləyirəm". - Rövşən Məmmədov deyib. 
Şəhidin atası Əli Məmmədov oğlunun hərbi xidmət keçdiyi dövrdə nümunəvi xidməti ilə seçildiyini bildirir. Göstərdiyi şücaətlərlə hər zaman diqqət mərkəzində olmağı bacardığını deyir. "Oğlumun qanı yerdə qalmadı, elə 6 gün sonra başalan haqq savaşında onun və digər şəhidlərimizin qisası alındı", - deyir.
© Sputnik / Ilham MustafayevElşən Məmmədovun oğlu
Elşən Məmmədov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Elşən Məmmədovun oğlu
"Yeddisi günü dedilər müharibə başladı. Elə müharibə, ilk qığılcım Tovuzdan başladı. Allaha şükür ki, 44 gündə torpaqlarımızı geri qaytardıq. Oğlumun və bütün şəhidlərimizin qısası alındı", - deyə şəhid atası əlavə edib.
Şəhid Elşən Məmmədov ailəli idi. İndi onun özündən sonra vətənə əmanət qoyub getdiyi 3 igid övladı böyüyür. Şəhidin həyat yoldaşı Aytəkin Məmmədova deyir ki, Elşən övladlarının oxuyub təhsil almalarını arzulayıb:
© Sputnik / Ilham Mustafayev
Şəhidin həyat yoldşı Aytəkin Məmmədova - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Mustafayev
Şəhidin əkiz qardaşı Rövşən Məmmədov - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ilham Mustafayev
Şəhidin atası Əli Məmmədov - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
"Tovuz döyüşləri başlayanda ən qabaqda getdilər. Zəng edəndə deyirdi, "uşaqlar bilməsin ki, qabaqdayam". Günlərlə xəbər tuta bilmirdik. Bir gün evə gəldi, onda döyüşlər səngimişdi. General Polad Həşimov rəhmətə gedəndən sonra idi. Evə gələndə toz-torpaq içində idi. O deyirdi: "Aytən həyat işidi, oldu da, gəldi başımıza, ayağını yerə bərk bas, şəhidlik hər adama qismət olmur. Generaldan artıq deyilik ki". Getdi Qaraqayaya, orda şəhid oldu. Onu səhər yola salandan sonra mən bazara getmişdim. Bizdə bazarın qarşısında qəbirstanlığa gedən yolda marşurutdan düşdüm, yağış başlamışdı. Hərbi təcili yardım qabağımdan keçdi. Dedim, kiminsə balası ağlar qalıb, evinin işığı keçib. Sən demə elə özümüzünkü imiş. O maşının içində Elşəni aparırmışlar. Son maaşı vermişdi evə. Cibində 7 manat qalmışdı. Evin bərəkəti olsun deyə saxlayıram o pulu". 
© Sputnik / Ilham MustafayevŞəhid Elşən Məmmədovun son maaşından qalan pul
Elşən Məmmədov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şəhid Elşən Məmmədovun son maaşından qalan pul
Şəhidlik zirvəsinə ucalan şəhid Elşən Məmmədovu ötən ilin sentyabrın 21- də minlərlə insan son mənzilə yola salıb. Əbədi olaraq ürəklərdə yaşayan şəhidimizi tanıyanlar bu gün də onu yad edir, xatırlayırlar.
Xəbər lenti
0