https://sputnik.az/20210921/Sudanda-dvlt-evriliinin-qars-alnb-427975884.html
Sudanda dövlət çevrilişinin qarşısı alınıb
Sudanda dövlət çevrilişinin qarşısı alınıb
Sputnik Azərbaycan
Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi. 21.09.2021, Sputnik Azərbaycan
2021-09-21T14:03+0400
2021-09-21T14:03+0400
2021-11-16T20:30+0400
xəbərlər
sudan
dövlət çevrilişinə cəhd
həbslər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975852_0:0:3072:1728_1920x0_80_0_0_563fa2f938e1d2a9ffbc4b9b6e6b1188.jpg
BAKI, 21 sentyabr — Sputnik. Sudan ordusu bu ölkədə dövlət çevrilişinin qarşısını alıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "al-Mayadeen" telekanalı xəbər yayıb."Dövlət çevrilişi cəhdi baş tutub, o, uğursuz olub. Xalq ona müqavimət göstərməlidir", - deyə telekanala Sudanın müstəqil keçid şurasının rəsmisi bildirib. O bildirib ki, hazırda ölkədə vəziyyət nəzarət altındadır.Telekanalın məlumatına görə, ordu çevrilişi planlaşdıran zabitləri həbs edib."Tanklar Xartumda parlamentin yanında olan körpünü bağlayıb", - deyə telekanal məlumat verib.Al-Jazeera telekanalının məlumatına görə, çevrilişdə iştirak etmiş 40-dan çox zabit saxlanılıb, hazırda həbslər davam edir.Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi. Ölkəni 30 il idarə edən Ömər əl-Bəşir hakimiyyətdən kənarlaşdırılaraq həbs edilmişdi.2019-cu ilin avqustunda keçid hərbi şurasının rəhbəri Əbdül-Fəttah əl-Burxan ölkənin Suveren Şurasının rəhbəri qismində and içmişdi. Sudanın yeni baş naziri Abdulla Hamdok isə 2019-cu il avqustun 21-də and içmişdi. Genişmiqyaslı siyasi və iqtisadi islahatların keçirilməsi üçün hərbi və mülki hökumət razılığa gəlmişdi.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975852_341:0:3072:2048_1920x0_80_0_0_041292296197857bbcd2b6b5308552a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, sudan, dövlət çevrilişinə cəhd, həbslər, dünya
xəbərlər, sudan, dövlət çevrilişinə cəhd, həbslər, dünya
Sudanda dövlət çevrilişinin qarşısı alınıb
14:03 21.09.2021 (Yenilənib: 20:30 16.11.2021) Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi.
BAKI, 21 sentyabr — Sputnik. Sudan ordusu bu ölkədə dövlət çevrilişinin qarşısını alıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "al-Mayadeen" telekanalı xəbər yayıb.
"Dövlət çevrilişi cəhdi baş tutub, o, uğursuz olub. Xalq ona müqavimət göstərməlidir", - deyə telekanala Sudanın müstəqil keçid şurasının rəsmisi bildirib. O bildirib ki, hazırda ölkədə vəziyyət nəzarət altındadır.
Telekanalın məlumatına görə, ordu çevrilişi planlaşdıran zabitləri həbs edib.
"Tanklar Xartumda parlamentin yanında olan körpünü bağlayıb", - deyə telekanal məlumat verib.
Al-Jazeera telekanalının məlumatına görə, çevrilişdə iştirak etmiş 40-dan çox zabit saxlanılıb, hazırda həbslər davam edir.
Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi. Ölkəni 30 il idarə edən Ömər əl-Bəşir hakimiyyətdən kənarlaşdırılaraq həbs edilmişdi.
2019-cu ilin avqustunda keçid hərbi şurasının rəhbəri Əbdül-Fəttah əl-Burxan ölkənin Suveren Şurasının rəhbəri qismində and içmişdi. Sudanın yeni baş naziri Abdulla Hamdok isə 2019-cu il avqustun 21-də and içmişdi. Genişmiqyaslı siyasi və iqtisadi islahatların keçirilməsi üçün hərbi və mülki hökumət razılığa gəlmişdi.