https://sputnik.az/20210921/Prezident-kd-nahar-elmy-mcbur-oldu-427979526.html
Prezident küçədə nahar eləməyə məcbur oldu
Prezident küçədə nahar eləməyə məcbur oldu
Sputnik Azərbaycan
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gələn Braziliya prezidentini peyvənd vurdurmağı üçün... 21.09.2021, Sputnik Azərbaycan
2021-09-21T22:39+0400
2021-09-21T22:39+0400
2021-11-16T20:30+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/42369/29/423692979_0:161:3071:1888_1920x0_80_0_0_c68d25fc55096eb4966ac1e970355351.jpg
BAKI, 21 sentyabr — Sputnik. Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı peyvənd olunmadığı üçün Nyu-Yorkda restorana buraxılmayıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.Dövlət başçısı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gəlib. Təşkilatın binasına daxil olmaq üçün peyvəndi təsdiq edən sənəd tələb olunmasa da, Nyu-Yorkda peyvənd sənədi olmadan iaşə obyektlərinə girmək qadağandır.Bu yaxınlarda Nyu-York meri Bill de Blazio şəhərə gələn dünya liderlərini səfərdən əvvəl peyvənd olunmağa çağırıb. BMT-nin baş katibi Antoniu Quterreş də eyni açıqlama ilə çıxış edib.BMT-nin Baş Assambleyasının yetmiş altıncı sessiyası sentyabrın 14-də açılıb. Sessiyanın əsas tədbiri - yüksək səviyyəli həftə 21-27 sentyabr tarixlərində baş tutacaq.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42369/29/423692979_170:0:2901:2048_1920x0_80_0_0_afabbcf5628b6ef59738537b2ac0c0ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Prezident küçədə nahar eləməyə məcbur oldu
22:39 21.09.2021 (Yenilənib: 20:30 16.11.2021) Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gələn Braziliya prezidentini peyvənd vurdurmağı üçün restorana buraxmayıblar.
BAKI, 21 sentyabr — Sputnik. Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı peyvənd olunmadığı üçün Nyu-Yorkda restorana buraxılmayıb. Bu barədə "
Reuters" agentliyi məlumat yayıb.
Dövlət başçısı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gəlib. Təşkilatın binasına daxil olmaq üçün peyvəndi təsdiq edən sənəd tələb olunmasa da, Nyu-Yorkda peyvənd sənədi olmadan iaşə obyektlərinə girmək qadağandır.
Bu yaxınlarda Nyu-York meri Bill de Blazio şəhərə gələn dünya liderlərini səfərdən əvvəl peyvənd olunmağa çağırıb. BMT-nin baş katibi Antoniu Quterreş də eyni açıqlama ilə çıxış edib.
BMT-nin Baş Assambleyasının yetmiş altıncı sessiyası sentyabrın 14-də açılıb. Sessiyanın əsas tədbiri - yüksək səviyyəli həftə 21-27 sentyabr tarixlərində baş tutacaq.