https://sputnik.az/20210921/Hadis-yerindn-yaynan-srclr-xbrdarlq-427976046.html
Hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq
Hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq
Sputnik Azərbaycan
Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və yaxud ölüm halı baş veribsə, mütləq halda polisə düzgün məlumat verməlidir. 21.09.2021, Sputnik Azərbaycan
2021-09-21T20:47+0400
2021-09-21T20:47+0400
2021-09-21T19:32+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427964887_0:116:1780:1121_1920x0_80_0_0_8a58844cb603f1950eddbef69c0e65ec.jpg
BAKI, 21 sentyabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib. DYP-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bir çox hallarda sürücünün hadisə yerindən yayınması və ya ilkin olaraq tərəflərin öz aralarında gəldikləri razılığın birtərəfli qaydada pozulması daha sonra inzibati, mülki və bəzi hallarda isə cinayət məsuliyyətinin yaranmasına səbəb olur.Belə narazılıq hallarının qarşısının alınması məqsədilə bildirilib ki, sürücülər hadisə baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranmaması üçün hadisə nəticəsində xəsarət görən avtomobillərin, həmçinin digər maneələrin foto və video qeydlərini aparmalı və adiyyatı üzrə polisə məlumat verməli, digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün qəza-durma qaydalarına əməl etməklə nəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə, kənarına aparmalıdırlar.Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və yaxud ölüm halı baş veribsə, mütləq halda polisə düzgün məlumat verməlidir: "Sürücüdən xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilməsini, eləcə də xəstəxanaya çatdırılmasını təmin etmək tələb olunur. Əks təqdirdə bu, hadisə törədənin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş vermiş hadisənin gizlədilməsi isə ən yaxşı halda inzibati məsuliyyət yaradır”.“Bir daha sürücülərdən və hərəkətin digər iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına diqqətlə əməl etsinlər! Qanunlara və qaydalara düzgün münasibət hər birimizi bədbəxt hadisələrdən və qanun qarşısında məsuliyyətdən qoruyur” - DYP-dən bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427964887_0:2:1780:1121_1920x0_80_0_0_b8db4dc0b362e7fb2106e9779fddc4cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq
Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və yaxud ölüm halı baş veribsə, mütləq halda polisə düzgün məlumat verməlidir.
BAKI, 21 sentyabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib. DYP-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bir çox hallarda sürücünün hadisə yerindən yayınması və ya ilkin olaraq tərəflərin öz aralarında gəldikləri razılığın birtərəfli qaydada pozulması daha sonra inzibati, mülki və bəzi hallarda isə cinayət məsuliyyətinin yaranmasına səbəb olur.
Belə narazılıq hallarının qarşısının alınması məqsədilə bildirilib ki, sürücülər hadisə baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranmaması üçün hadisə nəticəsində xəsarət görən avtomobillərin, həmçinin digər maneələrin foto və video qeydlərini aparmalı və adiyyatı üzrə polisə məlumat verməli, digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün qəza-durma qaydalarına əməl etməklə nəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə, kənarına aparmalıdırlar.
Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və yaxud ölüm halı baş veribsə, mütləq halda polisə düzgün məlumat verməlidir: "Sürücüdən xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilməsini, eləcə də xəstəxanaya çatdırılmasını təmin etmək tələb olunur. Əks təqdirdə bu, hadisə törədənin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş vermiş hadisənin gizlədilməsi isə ən yaxşı halda inzibati məsuliyyət yaradır”.
“Bir daha sürücülərdən və hərəkətin digər iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına diqqətlə əməl etsinlər! Qanunlara və qaydalara düzgün münasibət hər birimizi bədbəxt hadisələrdən və qanun qarşısında məsuliyyətdən qoruyur” - DYP-dən bildirilib.