https://sputnik.az/20210921/Deputatlar-lkd-mediann-durumunu-mzakiry-xaracaqlar-427978543.html
Deputatlar ölkədə medianın durumunu müzakirəyə çıxaracaqlar
Deputatlar ölkədə medianın durumunu müzakirəyə çıxaracaqlar
Sputnik Azərbaycan
MM-də Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə... 21.09.2021, Sputnik Azərbaycan
2021-09-21T22:20+0400
2021-09-21T22:20+0400
2021-09-21T19:49+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/40938/15/409381594_0:128:2001:1253_1920x0_80_0_0_81f9060f7568f51d727bbaeb054bd29d.jpg
BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat veriblər ki, komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə komitənin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi daxil edilib.Diqqətə çatdırılıb ki, keçən dövr ərzində komitə səmərəli fəaliyyət göstərib. Ötən sessiyalarda komitənin 10 iclası keçirilib, 16 məsələ müzakirə olunub. Komitə tərəfindən 6 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və qəbul olunub. Komitədə həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsi və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilib. Bununla yanaşı, Vəkillər Kollegiyası ilə birgə vəkillik fəaliyyəti ilə bağlı onlayn tədbir, insan hüquqları profilli QHT-lərlə görüş keçirilib. Komitə üzvləri müxtəlif KİV-lərdə, o cümlədən sosial media platformalarında aktual məsələlər barədə çıxışlar ediblər, seçiciləri ilə görüşüblər.Bildirilib ki, hesabat dövründə komitəyə 515 ərizə və şikayət daxil olub, bir sıra məsələlər öz həllini tapıb. Komitə tərəfindən 195 vətəndaş onlayn və ənənəvi qaydada qəbul edilib.Sonra komitənin cari ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Komitədə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır.Qarşıdakı müddətdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bu sessiyada insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, müvafiq profilli QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də gündəlikdə durur. Komitə üzvləri, eyni zamanda, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı layihələrin hazırlanmasında da fəal iştirak edəcəklər.İclasda komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elşad Mirbəşiroğlu, Jalə Əhmədova, Razi Nurullayev, Elman Nəsirov, Tural Gəncəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini söyləyiblər, təkliflərini veriblər.Onlayn iclasın sonunda komitə sədri Zahid Oruc müzakirələrdə səsləndirilən məsələlərə öz münasibətini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40938/15/409381594_78:0:1749:1253_1920x0_80_0_0_901b690a452c5ecc4ca5cdeda1be04b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Deputatlar ölkədə medianın durumunu müzakirəyə çıxaracaqlar
MM-də Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılmasına dair dinləmələr keçiriləcək.
BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat veriblər ki, komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə komitənin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi daxil edilib.
Diqqətə çatdırılıb ki, keçən dövr ərzində komitə səmərəli fəaliyyət göstərib. Ötən sessiyalarda komitənin 10 iclası keçirilib, 16 məsələ müzakirə olunub. Komitə tərəfindən 6 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və qəbul olunub. Komitədə həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsi və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilib. Bununla yanaşı, Vəkillər Kollegiyası ilə birgə vəkillik fəaliyyəti ilə bağlı onlayn tədbir, insan hüquqları profilli QHT-lərlə görüş keçirilib. Komitə üzvləri müxtəlif KİV-lərdə, o cümlədən sosial media platformalarında aktual məsələlər barədə çıxışlar ediblər, seçiciləri ilə görüşüblər.
Bildirilib ki, hesabat dövründə komitəyə 515 ərizə və şikayət daxil olub, bir sıra məsələlər öz həllini tapıb. Komitə tərəfindən 195 vətəndaş onlayn və ənənəvi qaydada qəbul edilib.
Sonra komitənin cari ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Komitədə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır.
Qarşıdakı müddətdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bu sessiyada insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, müvafiq profilli QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də gündəlikdə durur. Komitə üzvləri, eyni zamanda, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı layihələrin hazırlanmasında da fəal iştirak edəcəklər.
İclasda komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elşad Mirbəşiroğlu, Jalə Əhmədova, Razi Nurullayev, Elman Nəsirov, Tural Gəncəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini söyləyiblər, təkliflərini veriblər.
Onlayn iclasın sonunda komitə sədri Zahid Oruc müzakirələrdə səsləndirilən məsələlərə öz münasibətini bildirib.