https://sputnik.az/20210920/Zfr-tarixi-drsliyi-ap-olundu-427971133.html
"Zəfər tarixi" dərsliyi çap olundu
"Zəfər tarixi" dərsliyi çap olundu
Sputnik Azərbaycan
II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb. 20.09.2021, Sputnik Azərbaycan
2021-09-20T18:32+0400
2021-09-20T18:32+0400
2021-09-20T17:31+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992652_0:160:3073:1888_1920x0_80_0_0_5e147914cc2473a1c4fe594d3619c3df.jpg
BAKI, 20 sentyabr — Sputnik. 2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında "Təsviri incəsənət" dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün "Zəfər tarixi" dərsliyi hazırlanıb.Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif "Azərbaycan dili" (tədris dili), "Riyaziyyat" və "Математика" dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992652_170:0:2901:2048_1920x0_80_0_0_1c64e880bab729cac1ccf1a8471d65df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
"Zəfər tarixi" dərsliyi çap olundu
II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.
BAKI, 20 sentyabr — Sputnik. 2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında "Təsviri incəsənət" dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.
Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün "Zəfər tarixi" dərsliyi hazırlanıb.
Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif "Azərbaycan dili" (tədris dili), "Riyaziyyat" və "Математика" dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.
Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.