CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni tədris ilinə hazırıqmı? - Sorğunun nəticələri

© AR Ministry of EducationВ одной из школ, фото из архива
В одной из школ, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Müəllimlərdən “COVID-19” pasportu tələb edilməlidir - Respondentlər belə tələb edirMüəllimlərdən “COVID-19” pasportu tələb edilməlidir - Respondentlər belə tələb edir
BAKI, 20 sentyabr — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesi sentyabrın 22-də başlanacaq. Mövzunun aktuallığını nəzərə alaraq, Media Təhlil Mərkəzi (MTM) tərəfindən 06-10 sentyabr tarixlərində sorğu keçirilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, sorğuda iştirak edən 704 respondentin 54%-ni qadınlar, 46%-ni kişilər təşkil edib.
Yeni tədris ilində dərslərin keçirilmə forması ilə bağlı respondentlərin verdikləri cavablardan məlum olub ki, onların 30%-i dərslərin distant, 53%-i əyani, 13%-i qarışıq (həm distant, həm ənənəvi) qaydada təşkil olunmasını istəyirlər. Cavab verənlərin 4%-i üçün isə tədrisin hansı formada keçiriləcəyinin fərqi yoxdur.
İştirakçıların 44%-i dərslərin ötənilki kimi həm distant, həm ənənəvi qaydada keçiriləcəyini, 36%-i ənənəvi təhsilin tam bərpa olunacağını, 19%-i isə distant qaydadatəşkil olunacağını düşünür.
“Təhsil müəssisələrində koronavirus əleyhinə hansı tədbirlərin görülməsini məqsədəuyğun hesab edirsiniz?” sualına verilən cavablar belə olub:
  • 18 yaşdan yuxarı tələbə və müəllimlərdən “COVID-19” pasportu tələb edilməlidir - 58%;
  • Şagird, tələbə və müəllimlər maska taxmalıdır - 43%;
  • Təhsil müəssisəsi mütəmadi olaraq dezinfeksiya olunmalıdır - 69%;
  • Siniflər dezinfeksiyaedici vasitələrlə təmin olunmalıdır - 58%;
  • Şagirdlər arasında ara məsafə saxlanılmalıdır - 39%;
  • Müəssisəyə daxil olanların hərarəti ölçülməlidir - 46%;
  • Məktəblərdə tənəffüs müddəti siniflər üçün fərqli saatlarda təşkil olunmalıdır - 30%
Respondentlərin 8%-i yeni tədris ili üçün alış-verişə 100 AZN-ə qədər, 28%-i 100-200 AZN, 31%-i 200-300, 22%-i 300-500 AZN, 12%-i isə 500 AZN-dən çox vəsait lazım olduğunu bildirib.
Həmçinin oxuyun:
Məktəbli formasının bazarı "bağlanıb" - Valideynlər artıq xərcə düşmək istəmirlər
Xəbər lenti
0