https://sputnik.az/20210920/Sdrddin-Soltan-ran-Azrbaycan-mnasibtlrindki-grginliyi-bel-rh-etdi-427970231.html
Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərindəki gərginliyi belə şərh etdi
Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərindəki gərginliyi belə şərh etdi
Sputnik Azərbaycan
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə... 20.09.2021, Sputnik Azərbaycan
2021-09-20T17:00+0400
2021-09-20T17:00+0400
2021-11-17T00:05+0400
radio
multimedia
siyasət
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41261/60/412616094_0:0:1000:563_1920x0_80_0_0_2c9fb50532b2b20f38f69b8d480af9b5.jpg
Sədrəddin Soltan: “Bu, Azərbaycanı hədələməyə cəhddir”
Sputnik Azərbaycan
Sədrəddin Soltan: “Bu, Azərbaycanı hədələməyə cəhddir”
Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.Qeyd edək ki, son günlər Gorus-Qafan yolunda İran yük maşınlarının hərəkətinin qanuni tələblər əsasında məhdudlaşdırılması, eyni zamanda regionda keçirilən hərbi təlimlər cənub qonşumuzda narahatlıq yaradıb.Bəs İranın narahatlığının tutarlı əsası varmı?Sputnik Azərbaycan mövzu ilə Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib. Politoloq baş verənləri belə şərh edib: “Azərbaycan Respublikasının İrana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan İranla əməkdaşlığa üstünlük verir. Hətta torpaqlarımızın işğal altında qaldığı dövrdə də İranın Ermənistana hərtərəfli yardım etməsinə baxmayaraq, bu addımlar görməzdən gəlinirdi. Vətən Müharibəsindən sonra İran tərəfinin Azərbaycana qarşı tutduğu mövqe ərazi bütövlüyümüzə qarşı sayğısızlıqdır. Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır. Buna baxmayaraq İran tərəfi vəziyyəti gərginləşdirmək yolunu tutub. Atılan addımlar İranın Azərbaycanla münasibətlərdə gərginliyə üstünlük vermək niyyətini göstərir. Bu, Azərbaycanı hədələməyə cəhddir”.Sədrəddin Soltanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41261/60/412616094_97:0:989:669_1920x0_80_0_0_1280987d079a835e0ebe3e9bc1b51d94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
radio, multimedia, xəbərlər, azərbaycan
radio, multimedia, xəbərlər, azərbaycan
Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərindəki gərginliyi belə şərh etdi
17:00 20.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır
Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.
Qeyd edək ki, son günlər Gorus-Qafan yolunda İran yük maşınlarının hərəkətinin qanuni tələblər əsasında məhdudlaşdırılması, eyni zamanda regionda keçirilən hərbi təlimlər cənub qonşumuzda narahatlıq yaradıb.
Bəs İranın narahatlığının tutarlı əsası varmı?
Sputnik Azərbaycan mövzu ilə Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib. Politoloq baş verənləri belə şərh edib: “Azərbaycan Respublikasının İrana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan İranla əməkdaşlığa üstünlük verir. Hətta torpaqlarımızın işğal altında qaldığı dövrdə də İranın Ermənistana hərtərəfli yardım etməsinə baxmayaraq, bu addımlar görməzdən gəlinirdi. Vətən Müharibəsindən sonra İran tərəfinin Azərbaycana qarşı tutduğu mövqe ərazi bütövlüyümüzə qarşı sayğısızlıqdır. Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır. Buna baxmayaraq İran tərəfi vəziyyəti gərginləşdirmək yolunu tutub. Atılan addımlar İranın Azərbaycanla münasibətlərdə gərginliyə üstünlük vermək niyyətini göstərir. Bu, Azərbaycanı hədələməyə cəhddir”.
Sədrəddin Soltanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz