Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sankt-Peterburqda Üzeyir Hacıbəyliyə abidə qoyulacaq

© Official website of President of Azerbaijan RepublicŞuşada Üzeyir Hacıbəylinin heykəli
Şuşada Üzeyir Hacıbəylinin heykəli - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Məlumata görə, Sankt-Peterburqun Mariinski Teatrının səhnəsində bəstəkar Fikrət Əmirovun "1001 gecə" baletinin nümayiş olunacağı, həmçinin azərbaycanlı caz ifaçılarının konsertinin keçiriləcəyi gözlənilir.
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, rəsmi nümayəndə heyətinə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçılıq edəcəyi gözlənilir.
Forum çərçivəsində Dövlət Ermitaj Muzeyində Azərbaycanın daimi ekspozisiyasının təntənəli açılış mərasimi keçiriləcək, həmçinin 2020-ci ildən etibarən Üzeyir Hacıbəylinin adını daşıyan bağda görkəmli bəstəkarın abidəsinin təməli qoyulacaq.
Məlumata görə, Sankt-Peterburqun Mariinski Teatrının səhnəsində bəstəkar Fikrət Əmirovun "1001 gecə" baletinin nümayiş olunacağı, həmçinin azərbaycanlı caz ifaçılarının konsertinin keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu 2021-ci il noyabrın 11-dən 13-dək keçiriləcək.
Xəbər lenti
0