Kabil aeroportu öz fəaliyyətini bərpa edib

© © SGT Glen McCarthy / Australia's Department of Defence / Handout via REUTERSАвстралийский военнослужащие в аэропорту Кабула
Австралийский военнослужащие в аэропорту Кабула - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.
BAKI, 20 sentyabr - Sputnik. Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əfqanıstanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Mlumatda qeyd olunur ki, bu il avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.
Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.
Qeyd edək ki, avqustun 26-da Kabildə güclü partlayış olub.
Talibanın* nümayəndəsi Zabiulla Mücahid Kabildə baş verən sonuncu partlayışın ABŞ hərbçiləri tərəfindən hərbi sursatların məhv edilməsi üçün törədildiyini bildirmişdi.
Kabildə baş verən partlayışlarda on iki Amerika əsgəri və 60 nəfər əfqan həlak olub. Partlayışlardan biri əcnəbilərin yığışdığı Baron otelinin yanında törədilib. Məlumatlara görə, Kabil aeroportu yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı ən azı 90 nəfərdir.
Taliban* qadınları aeroportda işə dəvət edib
Kabil aeroportunun aralarında qadınların da olduğu işçiləri Taliban* hərəkatının xahişi ilə işə qayıdırlar. Bu barədə hələ sentyabrın 13-də Tolo News telekanalı məlumat yayıb. 
"İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zahra Amiri telekanala müsahibəsində deyib. 
Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.
Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban* da şərh verməkdən imtina edib.
Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında və dünyanın bir sıra ölkəsində qadağan olunmuş terror qruplaşması. 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала