Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Damcılı bulağı - qeyri-adi təbiət möcüzəsi

Burada mənbəyi bilinməyən su şırnağı min illərdir dağlardan süzülərək mağaranın içərisinə damcılayır. Ətraflı videomuzda.
Qazaxın ən görməli yerlərindən biri də Damacılı bulağıdır. Bulaq rayonun Daş Salahlı kəndi yaxınlığında, Avey dağının ətəyində yerləşir. Mənbəyi bilinməyən su şırnağı min illərdir dağlardan süzülərək mağaranın içərisinə damcılayır və burada qeyri-adi bir təbiət möcüzəsi yaradır.
Rayon mərkəzindən 12 kilometr məsafədə olan bu məkan Qazaxa gələn turistlərin ən çox səfər etdiyi yerlərdən biridir. Yayın son günləri olmasına baxmayaraq damcılıya insan axını yenə davam edir. Rayon sakini Cəvahir Rəfiyeva Damcılının, başqa rayonlardan gələn qonaqları gəzdirəcək yerlərin önündə gəldiyini deyir:
“Damcılı bulağı buranın sakinləri üçün ən mühüm yerlərdən biridir. Suyundan istifadə edirik, gözəl sərin bulaqdır. Qohumlar gəlir, gəzmək istəyirlər. Biz də ən maraqlı, görməli yer olaraq buraya gətiririk. Qazaxın ən mühüm yerlərindən biri Damcılıdır”, -deyə bildirir.
Qazax sakinləri buraya eyni zamanda təmiz su aparmaq üçün üz tuturlar. Rayon sakini Rza Mancanov hər gün buradan su apardığını söyləyir:
“Damcılı bulağı məşhur bulaqdı. Bura gəlib gedirik, suyundan istifadə edirik. Gözəl havası, dərman əhəmiyyətli bitkisi var. Bu gün mən evimizə su aparmaq üçün gəlmişəm. Damcılı bulağının gözəl çayı olur. İlin bütün fəsillərində bura gözəl olur”
Ən çox yay aylarında insan axını olan Damcılıya pandemiya dövrü olduğundan turistlər müəyyən qaydalar əsasında buraxılır. Buna baxmayaraq isti yay günlərində mağara kompleksinə çox sayda  yerli və xarici turist gəlir.
Bu haqda “Avey” Dövlət Qoruğunun Damcılı filialının müdiri Qafar Cəfərov danışır. O ərazidə hər şeyin pandemiya qaydalarına uyğun tənzimləndiyini söyləyir:
“Pandemiya ilə əlaqədar burada yeyib-içməyə icazə yoxdur. Qoruğun qaydalarına uyğun olaraq gəlirlər, dincəlirlər, suyundan içirlər. Şəkil çəkdirirlər gedirlər”, - deyə bildirib.
Qeyd edək ki, Damcılı mağarası “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisinə daxildir. Qoruğun 3 filialından biri olan Damcılı filialı 800 hektar sahəni əhatə edir. Bura müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir.
Bəhs edilən ərazidə 8 məbəd, 2 qədim yaşayış yeri, ilk orta əsrlərə aid qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara qeydə alınıb. Ərazidə qədim yaşayış məskəni olaraq daim tədqiqatlar aparılıb. Bu tədqiqatlar bu günlərdə də davam edir.
Son arxeloji qazantılar zamanı Damcılı mağarasının yaşının iki yüz min il olduğu müəyyənləşib. Bunu isə təkcə bizim alimlər deyil, ərazidə arxeoloji qazıntı işlərinə cəlb olunan xarici arxeoloqlar da deyib.
 
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала