Ceyhun Bayramov ABŞ-a yola düşüb: Vacib görüşlər olacaq

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Fotobanka keçməkВизит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй
Визит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
BAKI, 20 sentyabr — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Baş Assambleyanın bu ilki iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.
Açılış mərasimi sentyabrın 20-də baş tutub. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.
Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri, BMT baş katibi Antoniu Quterriş və Türk-Amerika Milli İstiqamətləndirmə Komitəsi tərəfindən təşkil olunacaq “Daha Ədalətli Dünya Mümkündür” mövzulu konfrans çərçivəsində bu ölkədə yaşayan türklər və müsəlman cəmiyyətin nümayəndələri ilə də görüşəcək.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала