CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın mədəniyyət inciləri Sankt-Peterburqda təqdim olunacaq

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidQış sarayı və Saray meydanı
Qış sarayı və Saray meydanı - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Əlamətdar tədbirlər arasında Ermitajın zalında Azərbaycanın daimi ekspozisiyasının açılışı, Üzeyir Hacıbəylinin adını daşıyan parkda bəstəkarın gələcək heykəlinin yerində təməl atılması da yer alır.
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov noyabrın 11-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 9-cu Beynəlxalq Mədəniyyət Forumunda iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Azərbaycan qonaq ölkə qismində forumda möhtəşəm proqram təqdim edəcək.
Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edəcək, ölkəmizin müasir mədəniyyəti və ənənələri nümayiş etdiriləcək.
Əlamətdar tədbirlər arasında Ermitajın zallarından birində Azərbaycanın daimi ekspozisiyasının açılışı, Üzeyir Hacıbəylinin adını daşıyan parkda bəstəkarın gələcək heykəlinin yerində təməl atılması yer alır.
Bununla yanaşı, Mariinski teatrında Fikrət Əmirovun "Min bir gecə" baleti təqdim olunacaq, eləcə də Azərbaycandan caz ifaçılarının konserti keçiriləcək. Vizual incəsənət isə gənc azərbaycanlı kinematoqrafçıların filmləri ilə təqdim olunacaq.
Sank-Peterburq Beynəlxalq Mədəniyyət Forumu Rusiya hökuməti, Mədəniyyət Nazirliyi və Sankt-Peterburq rəhbərliyi tərəfindən təşkil olunur. 2021-ci ildə "Qonaq ölkə" statusu Azərbaycan, Fransa və Cənubi Koreyaya verilib.
Həmçinin oxuyun:
Azərbaycan Tallində keçirilən "milli azlıqlar yarmarkası"nda təmsil olunub
Xəbər lenti
0