CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Tallində keçirilən "milli azlıqlar yarmarkası"nda təmsil olunub

© © Fund for Support to Azerbaijani DiasporaEstoniyanın paytaxtı Tallində "Azərbaycan Evi" tərəfindən hazırlanmış guşədə
Estoniyanın paytaxtı Tallində Azərbaycan Evi tərəfindən hazırlanmış guşədə - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Estoniyadakı "Azərbaycan Evi" tərəfindən hazırlanmış guşədə, ölkəmizin milli musiqiləri, rəqsləri, xalq geyimləri və milli mətbəximizin ləziz təamları festival iştirakçılarına təqdim edilib.
BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 18-i və 19-da Estoniyanın paytaxtı Tallində "milli azlıqların yarmarkası" keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Tallin şəhərinin mərkəzi Ratuş meydanında keçirilən yarmarkada ölkəmiz də təmsil olunub.
Estoniyadakı "Azərbaycan Evi" tərəfindən hazırlanmış guşədə, ölkəmizin milli musiqiləri, rəqsləri, xalq geyimləri və milli mətbəximizin ləziz təamları festival iştirakçılarına təqdim edilib.
Azərbaycan tarixini, mədəniyyətini təsvir edən kitablar, milli məhsul və suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. Guşədə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanan, 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə həsr edilən "Xarıbülbül" və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan "Eternity" adlı musiqi albomları da nümayiş etdirilib.
© © Fund for Support to Azerbaijani DiasporaEstoniyanın paytaxtı Tallində "Azərbaycan Evi" tərəfindən hazırlanmış guşədə
Estoniyanın paytaxtı Tallində Azərbaycan Evi tərəfindən hazırlanmış guşədə - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Estoniyanın paytaxtı Tallində "Azərbaycan Evi" tərəfindən hazırlanmış guşədə
Tədbirdə Estoniyada fəaliyyət göstərən, rəhbəri Yelena Əhmədova olan "Gratsia" rəqs qrupunun Azərbaycan milli rəqslərini nümayiş etdirməsi və Leyla Rəhimovanin ifasında "Azərbaycan" mahnısının səsləndirilməsi ilə yaddaqalan anlar yaşanıb.
Qeyd edək ki, Estoniya Milli Azlıqlar Forumunun təsis konfransı 1988-ci il sentyabrın 24-də Tallinn Politexnik İnstitutunda keçirilib. O zaman Estoniyadakı Azərbaycan İcması həmin Forumun təsisçilərindən biri olub və hər il keçirilən festivalda bu məlumat xüsusi olaraq vurğulanır.
Bundan başqa, Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü münasibətilə 18 sentyabr - Azərbaycanın Milli Musiqi Gününə həsr edilmiş tədbir təşkil olunub.
Tallində fəaliyyət göstərən Azərbaycan Evində təşkil olunmuş konsertdə Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin musiqiləri səsləndirilib.
© © Fund for Support to Azerbaijani DiasporaEstoniyanın paytaxtı Tallində "Azərbaycan Evi" tərəfindən hazırlanmış guşədə
Estoniyanın paytaxtı Tallində Azərbaycan Evi tərəfindən hazırlanmış guşədə - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Estoniyanın paytaxtı Tallində "Azərbaycan Evi" tərəfindən hazırlanmış guşədə
Tədbirdə ölkəmizin və Türkiyənin Estoniyadakı səfirləri, eston ictimaiyyətinin rəsmi və tanınmış simaları, diaspor nümayəndələrimiz və Estoniyada təhsil alan gənclərimiz iştirak ediblər.
Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə və Nərgiz Əskərovanın ifasında dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından müqəddimə, "Cəngi", böyük mütəfəkkir və şair Nizami Gəncəvinin əsərlərindəki obrazlara uyğun olaraq bəstələnən "Sənsiz" musiqiləri səsləndirib. Bununla yanaşı, dahi Azərbaycan bəstəkarları Tofiq Quliyevin, Şəfiqə Axundovanın, Qara Qarayevin, Cahangir Cahangirovun, Vaqif Musatafazadənin əsərləri dinləyicilərə təqdim olunub. Eston musiqiçi Mari Liis Uibonun, türkiyəli musiqiçi Faris Hekarenin iştirakı və azərbaycanlı musiqiçilərlə birgə ifaları tədbiri daha da rəngarəng edib.
Tədbir zamanı Estoniyada Azərbaycan diasporunun dəstəyi ilə Türkiyə-Estoniya Mədəniyyət Mərkəzinin də fəaliyyətə başlaması qeyd olunub.
Həmçinin oxuyun:
Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr
Xəbər lenti
0