https://sputnik.az/20210919/Saz-ustas-zbkistanda-keiriln-Beynlxalq-Festivalda-Azrbaycan-tmsil-edck-427960389.html
Saz ustası Özbəkistanda keçirilən Beynəlxalq Festivalda Azərbaycanı təmsil edəcək
Saz ustası Özbəkistanda keçirilən Beynəlxalq Festivalda Azərbaycanı təmsil edəcək
Sputnik Azərbaycan
UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar... 19.09.2021, Sputnik Azərbaycan
2021-09-19T13:22+0400
2021-09-19T13:22+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
saz
özbəkistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42383/10/423831019_0:290:3073:2018_1920x0_80_0_0_aa167cc7140266a1f5e924d095077e89.jpg
BAKI, 19 sentyabr — Sputnik. Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi olan Nukus şəhərində II Beynəlxalq Baxşı Festivalının açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edirlər. Ümumiyyətlə, festivala 260-dan çox sənət adamı qatılıb.Festivalda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının müəllimi saz ustası Mübariz Əliyev təmsil edir.Tədbirin açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Prezident Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrikini oxuyub.Xatırladaq ki, birinci festival 2019-cu ildə Qaşqadərya vilayətinin Termez şəhərində keçirilib.Qeyd edək ki, saz ustası Mübariz Əliyev festivalda aşıq mahnıları və "Aşıq Qərib" dastanından hissələr ifa edəcək.Həmçinin oxuyun:Özbəkistanda işğaldan azad olunmuş ərazilərimizdə abidələrin bərpası müzakirə edilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/10/423831019_157:0:2888:2048_1920x0_80_0_0_b3dfe4525c2aba86dfc3015a68cb436d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, saz, özbəkistan, azərbaycan
xəbərlər, saz, özbəkistan, azərbaycan
Saz ustası Özbəkistanda keçirilən Beynəlxalq Festivalda Azərbaycanı təmsil edəcək
13:22 19.09.2021 (Yenilənib: 00:04 17.11.2021) UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edirlər.
BAKI, 19 sentyabr — Sputnik. Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi olan Nukus şəhərində
II Beynəlxalq Baxşı Festivalının açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edirlər. Ümumiyyətlə, festivala 260-dan çox sənət adamı qatılıb.
Festivalda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının müəllimi saz ustası Mübariz Əliyev təmsil edir.
Tədbirin açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Prezident Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrikini oxuyub.
Xatırladaq ki, birinci festival 2019-cu ildə Qaşqadərya vilayətinin Termez şəhərində keçirilib.
Qeyd edək ki, saz ustası Mübariz Əliyev festivalda aşıq mahnıları və "Aşıq Qərib" dastanından hissələr ifa edəcək.