https://sputnik.az/20210919/Keidlrd-piyadalara-yol-vermyn-srclr-czalandrlblar-427962203.html
Keçidlərdə piyadalara yol verməyən sürücülər cəzalandırılıblar
Keçidlərdə piyadalara yol verməyən sürücülər cəzalandırılıblar
Sputnik Azərbaycan
Dövlət yol polisi əməkdaşları tərəfindən eyni zamanda xaric etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat... 19.09.2021, Sputnik Azərbaycan
2021-09-19T18:04+0400
2021-09-19T18:04+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
keçid
cərimə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41937/50/419375071_0:68:1920:1153_1920x0_80_0_0_ec41a7cace69052a00685fb8bcd3a11a.jpg
BAKI, 19 sentyabr — Sputnik. Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.Sputnik Azərbaycan xəbər verir ki, bu istiqamətdə təşkil olunan növbəti tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.Dövlət yol polisi əməkdaşları tərəfindən eyni zamanda xaric etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri ilə bağlı tədbirlər keçirilir.Həmin avtomobillərin sürücülərinə bir daha izah olunub ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verməlidirlər.Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati protokollar tərtib edilib. Eyni zamanda aşkarlanan digər qayda pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41937/50/419375071_58:0:1892:1153_1920x0_80_0_0_89884c4375f379c4ce430cf3dbf839d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, keçid, cərimə, azərbaycan
xəbərlər, keçid, cərimə, azərbaycan
Keçidlərdə piyadalara yol verməyən sürücülər cəzalandırılıblar
18:04 19.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Dövlət yol polisi əməkdaşları tərəfindən eyni zamanda xaric etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri ilə bağlı tədbirlər keçirilir.
BAKI, 19 sentyabr — Sputnik. Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu istiqamətdə təşkil olunan növbəti tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.
Dövlət yol polisi əməkdaşları tərəfindən eyni zamanda xaric etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri ilə bağlı tədbirlər keçirilir.
Həmin avtomobillərin sürücülərinə bir daha izah olunub ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verməlidirlər.
Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati protokollar tərtib edilib. Eyni zamanda aşkarlanan digər qayda pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.