Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Dumasına seçkilər necə keçir: beynəlxalq müşahidəçilərin açıqlamaları

ATƏT-in Rusiyadakı seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi nədən xəbər verir – MDB Parlamentlərarası Assambleyasının (PA) üzvləri Sputnik-ə müsahibələrində buna aydınlıq gətirirlər.
BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına seçkilər keçirilir. İlk dəfədir ki, səsvermə üç gün davam edir, özü də səsləri təkcə məntəqələrdə deyil, onlayn şəkildə də vermək olar.
Rusiyada keçirilən seçkilərin yeni formatı bütün MDB üçün tendensiyaya çevriləcəkmi? ATƏT-in Rusiyaya müşahidəçi göndərməkdən imtina etməsi prosesə təsir edirmi və Avropa Parlamentinin Dövlət Dumasına seçkiləri tanımayacağı barədə bəyanatını necə qiymətləndirmək olar? Bu suallara Sputnik-in YouTube kanalına müsahibələrində MDB PA üzvləri – Qazaxıstan parlamentinin senat sədrinin müavini Askar Şakirov və qurumun katibliyinin rəhbərinin müavini İvan Muşket cavab veriblər.
Məsələ təkcə pandemiyada deyil
Askar Şakirov hesab edir ki, hazırkı seçkilər pandemiya üzündən əvvəllər heç vaxt müşahidə olunmayan bir şərairdə keçirilir və Rusiya vətəndaşların təhükəsizliyi üçün bütün zəruri tədbirlərin görülməsini təmin edə bilib.
“Bizim olduğumuz bütün məntəqələr təchiz olunub, karantin qaydalarına sərt şəkildə riayət olunur. Biz müşahidəçilərlə sorğu keçirmişik, bütün vasitələr, sanitayzerlər var”, - deyə o bildirib.
Parlamentari onu da bildirib ki, seçki məntəqələrinin girişində təkcə seçicilərin deyil, KİV nümayəndələrinin, habelə beynəlxalq müşahidəçilərin də hərarəti ölçülür.
Yadda saxlamaq lazımdır ki, Rusiyada elektron səsvermə haqqında qanunvericilik hələ pandemiyadan əvvəl işlənib hazırlanmağa başlanıb və onun məqsədi ilk növbədə seçkilərin təkmilləşdirilməsidir:
“Distant formatı təkcə pandemiya rakursundan deyil, müxtəlif tərəflərdən nəzərdən keçirmək lazımdır. Bu format ahıl yaşlı və sağlamlıq məhdudiyyətləri olan insanların müdafiəsini nəzərdə tutur, lakin ölkədən kənarda olan insanlar üçün də faydalıdır, onlar da səs verə bilərlər. İnfrastruktur qoyulan tələblərə uyğundur, elektron bülletenlər dəqiq işləyir”.
İvan Muşket isə MDB PA-nın seçkilərdə iştirak edən 14 partiya nümayəndələrinin hamısı ilə görüşlər keçirdiyini deyir:
“Biz onlara seçkilərə hazırlıq, MSK-nın işi ilə bağlı suallar vermişik. Bizim hesabatlar göstərir ki, ümumilikdə böyük və iri miqyaslı iş aparılıb”.
Elektron səsvermə MDB-nin gələcək trendi olacaqmı?
Askar Şakirov hesab edir ki, elektron səsvermə təcrübəsini ilk növbədə rusiyalılar özləri qiymətləndirməlidirlər:
“Amma mən bütün qrupumuzun rəyini ifadə edəcəyəm – bu təcrübə öyrənilməyə layiqdir. Müasir trendlərin əksəriyyəti ölkələrin bir çoxu üçün ümumidir”.
Öz növbəsində İvan Muşket bildirir ki, rəqəsallaşma təkcə Rusiyada deyil, digər ölkələrdə də inkişaf edir.
“Biz çoxdandır ki, informasiya cəmiyyətində yaşayırıq, onun öz çağırışları var, biz də buna cavab olaraq müxtəlif texnologiyaları inkişaf etdiririk. Məsələn, Moldovada. Bu il “Rəqəmsallaşma və seçkilər” monoqrafiyasını hazırladıq, bu ölkədə müasir texnologiyaların inkişafını öyrəndik. Rəqəmsal texnologiyalar Qırğızıstanda da inkişaf edib”.
Onun sözlərinə görə, əhalinin bir hissəsinin elektron səsverməyə şübhə ilə yanaşdığını da etiraf etmək lazımdır:
“İnsanlar hesab edirlər ki, bülleteni seçki qutusuna atmaq bir işdir, bəs, maşın səsləri necə sayacaq? Odur ki, distant səsvermə inkişaf edəcək və MDB-nin digər ölkələrinə də stimul verəcək. Lakin bunun sürətli proses olacağını, hamının günü sabah onlayn səs verəcəyini düşünmürəm. Kimlərinsə elektron cihazlardan o qədər də baş çıxarmır, odur ki, əhali ilə izahat işləri aparmaq lazım olacaq”.
Üç gün səsvermə nəyə lazımdır
Dumaya seçkilərdə tətbiq olunmuş daha bir yenilik geniş müzakirələrə səbəb olub – tarixdə ilk dəfədir ki, Dumaya deputatları tam üç gün ərzində seçmək olar. Askar Şakirov hesab edir ki, burada qeyri-adi heç nəyoxdur.
“Bu vaxt ərzində daha çox insanı əhatə etmək mümkündür. İnsanların hüquqlarının qorunması deyəndə biz onu nəzərdə tuturuq ki, istisna olmadan, hamının hüquqlarını qorumaq lazımdır. İradə azadlığının özü də hüquq müdafiəsinin subyektlərindən biridir”, - deyə o bildirib.
İvan Muşket də onun fikri ilə razıdır:
“Bu vaxt dərhal səs verməməyə imkan yaradır. Axı ola bilər ki, kimsə bir gün ərzində çatdırmasın. Yaxud, insana fikirləşmək lazımdır. Üç gün ərzində o yəqin ki, vaxt tapıb səs verməyə gələcək. Odur ki, zənnimcə, bu yeniliklər effektiv və yaxşı düşünülmüş tədbirlərdir”.
Askar Şakirov deyir ki, üç gün ərzində seçicilər deputatlığa namizədlər barədə də məlumatlarla tanış ola bilərlər:
“Məlumatlar maksimum əlçatandır və məni bu yaxşı mənada təəccübləndirdi. Namizədlərdən biri hətta əvvəllər məhkum olunduğunu, həbsdən qaçdığını da qeyd etmişdi. İlk təəssüratım belədir ki, seçkilər yüksək səviyyədə təşkil olunub. İlk növbədə iştirak edənlərin sayı vacibdir. Moskvanın Basmannı rayonunda səhər sat 11.30-a qədər seçicilərin 1\3-dən çoxu artıq səs vermişdi. Bu gün Moskva bəstəkarlar evində də olduq, orada seçicilərin demək olar ki, yarısı səs vermişdi”.
Qərbin bəyanatları qəbuledilməzdir
MDB PA-dan fərqli olaraq ATƏT-in deokratik institutlar və insan haqları bürosu Rusiyaya müşahidəçi göndərməkdən imtina edib. Askar Şakirov hesab edir ki, bu qərar təəssüf doğurur.
“Seçkilər təkcə onların keçirilməsinə nəzarət deyil. Bu, həmçinin fikir mübadiləsidir, tövsiyələrin işlənib hazırlanmasıdır. Bunlar isə digər ölkələr üçün də faydalı ola bilər. Mən müşahidəçilərin nümayəndəsi kimi deyə bilərəm ki, pozuntular aşkar olunmayıb. Biz ümumi qəbul olunmuş normalara əsaslanırıq, konkret olaraq MDB demokratik seçkilər barədə Konvensiyasına”.
İvan Muşket öz növbəsində deyir ki, əvvəlki seçkilər zamanı MDB PA avropalı tərəfdaşlarla fikir mübadiləsi aparıb, dialoq olub:
“Onları dəvət etmədilər, onlar gəlmədilər – bu, onların qərarıdır. Lakin digər bir vacib məqam var. Demokratiya rüşeymləri səpən bir qurum gəlib seçkilərin necə keçirilməsinə baxa bilərdi”.
Parlamentari deyir ki, bəzi təşkilatlar vaxtından əvvəl bəyanatlar veriblər.
“Gəlib, sonra nəticə çıxarmaq lazımdır. Bunu etmədən bəyanat vermək etik cəhətdən məqbul deyil. Bir çox siyasətçilər artıq bu barədə danışırlar. Bizim qrupumuz da fikir mübadiləsi aparır. Bəli, mən hesab edirəm ki, bu qəbuledilməzdir”, - deyə Muşket fikrini yekunlaşdırıb.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала