Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib

© Sputnik / Shahperi AbbasovaBakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib
Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib - Sputnik Azərbaycan, 1920, 19.09.2021
Abunə olmaq
Orkestr repertuarında əsasən Azərbaycanın peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın bu olsun", "Arşın mal alan" operettalarında yer alan musiqiləri səsləndirib.
BAKI, 19 sentyabr — Sputnik. Bakı Dövlət Sirkinin orkestri 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Zabitlər bağında çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, orkestr repertuarında əsasən Azərbaycanın peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın bu olsun", "Arşın mal alan" operettalarında yer alan musiqiləri səsləndirib.
Qeyd edək ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Həmçinin oxuyun:
Üzeyir ruhu bu gün Şuşada dolaşır
Xəbər lenti
0