https://sputnik.az/20210919/AB-da-Trk-evi-alacaq-427959402.html
ABŞ-da "Türk evi" açılacaq
ABŞ-da "Türk evi" açılacaq
Sputnik Azərbaycan
Qurumun binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin də... 19.09.2021, Sputnik Azərbaycan
2021-09-19T10:47+0400
2021-09-19T10:47+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
bmt
türk
ev
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349333_167:319:3085:1961_1920x0_80_0_0_106233cb7d9e913df8f67314f0683c32.jpg
BAKI, 19 sentyabr — Sputnik. ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi" binası açılışa hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşəcəyi binanın açılışını BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi" binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir.Yüz yetmiş bir metr yüksəklikdə və iyirmi min kvadratmetrlik ərazidə inşa edilən bina Səlcuqlu və Osmanlı memarlığından ilhamlanaraq ənənəvi türk memarlıq motivlərini özündə daşıyır və lalə şəklində inşa edilib."Türk evi" binasının Nyu-Yorkun simvolu hesab olunan binalarından biri olması hədəf seçilib.İki yüz nəfərlik auditoriya, toplantı və sərgi salonları olan binanın inşasını Türkiyə-ABŞ ortaq şirkəti həyata keçirib.Yağış suyunun toplanmasına və istifadəsinə imkan verən anbar sistemi və yaşıl bina sertifikatına malik olan bina ekoloji cəhətdən təmiz bir göydələn xüsusiyyətinə malikdir.Qeyd edək ki, Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin də, "Türk evi" binasına köçürülməsi nəzərdə tutulur.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349333_359:0:3090:2048_1920x0_80_0_0_03dfff6c091b2f7bc7ef2ff36704cb8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, bmt, türk, ev, dünya, azərbaycan
xəbərlər, bmt, türk, ev, dünya, azərbaycan
ABŞ-da "Türk evi" açılacaq
10:47 19.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Qurumun binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin də, "Türk evi" binasına köçürülməsi nəzərdə tutulur.
BAKI, 19 sentyabr — Sputnik. ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan
"Türk evi" binası açılışa hazırdır.
Sputnik Azərbaycan xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşəcəyi binanın açılışını BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan edəcək.
Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi" binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir.
Yüz yetmiş bir metr yüksəklikdə və iyirmi min kvadratmetrlik ərazidə inşa edilən bina Səlcuqlu və Osmanlı memarlığından ilhamlanaraq ənənəvi türk memarlıq motivlərini özündə daşıyır və lalə şəklində inşa edilib.
"Türk evi" binasının Nyu-Yorkun simvolu hesab olunan binalarından biri olması hədəf seçilib.
İki yüz nəfərlik auditoriya, toplantı və sərgi salonları olan binanın inşasını Türkiyə-ABŞ ortaq şirkəti həyata keçirib.
Yağış suyunun toplanmasına və istifadəsinə imkan verən anbar sistemi və yaşıl bina sertifikatına malik olan bina ekoloji cəhətdən təmiz bir göydələn xüsusiyyətinə malikdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin də, "Türk evi" binasına köçürülməsi nəzərdə tutulur.