Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Zəfər tarixi" dərsliyində nələr yer alıb? Müəllifdən açıqlama

© Photo : Facebook / Bakı Şəhəri üzrə Təhsil İdarəsiDərsliklərin paylanılması, arxiv şəkli
Dərsliklərin paylanılması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2021
Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq.
BAKI, 18 sentyabr — Sputnik. Bu günlərdə təhsil nazirinin müavini Firudin Qurbanov "Zəfər tarixi" ilə bağlı dərsliyin hazırlanmasının hansı mərhələdə olduğunu açıqlayıb. Nazir müavini deyib ki, "Zəfər tarixi" dərsliyinin hazırlanması ilə bağlı işlər yekunlaşır. F. Qurbanov yeni dərslikdəki mövzulara da toxunub. O, bildirib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edəcəklər:
"Həmin dərslikdə şagirdlər Vətən müharibəsi, qazanılan şanlı qələbə barədə dəqiq məlumatlara sahib ola biləcəklər".
Sputnik Azərbaycan "Zəfər tarixi"  dərsliyi ilə bağı işlərin hansı mərhələdə olduğunu bu dərslik müəlliflərinin özündən öyrənib. Dərslik müəlliflərindən biri, tarixçi-tədqiqatçı Hafiz Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq ictimai müzakirəyə verilən "Zəfər tarixi" dərsliyində həm birinci Qarabağ, həmçinin də bizə zəfər qazandıran İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib:
"Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq. Qarabağın ən qədim tarixi də kitabda qeyd olunub. Qarabağa ermənilərin köçürülməsi, nəticələri ətraflı əks olunub. "Zəfər tarixi" dərsliyində həmçinin Aprel döyüşləri haqqında bölmə var. Dərsliyin "Qəhrəmanlar unudulmur" bölməsində ərazi bütövlüyü uğrunda döyüşmüş Ramiz Qənbərov, Vəzir Orucov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu əks olunub. Dərslikdə Qarabağ müharibəsinin qadın qəhrəmanları olan Salatın Əsgərova, İkinci Qarabağ müharibəsində yeganə şəhid xanım Arəstə Baxışovanın qəhrəmanlıqları da qeyd olunub".
Müəllif Vətən müharibəsində görüntüləri ilə məşhurlaşan topçu Vüsal Kərimova da yer verildiyini söyləyib.  Onun sözlərinə görə, dərslikdə Qarabağın mədəniyyəti, tarixi, musiqisi ilə bağlı zəruri məlumatlar da öz əksini tapacaq. O, həmçinin Qarabağ müharibəsi dövründə qanlı tariximizin də unudulmadığını söyləyib.
Onun sözlərinə görə, dərslikdə tariximizin ən şanlı səhifələrindən biri olan Cümhuriyyət dönəmi, bu dövrdə qazandığımız uğur və nailiyyətlər hər zaman əks olunub:
"Ali Baş Komandanın 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin ali və orta məktəb proqramlarında, tarix dərsliklərində əks etdirilməsi ilə bağlı göstərişlərinin icrası istiqamətində artıq addımlar atılır. Bilirsiniz ki, əvvəllər VII və VIII siniflərdə Qarabağ tarixi adlı fakültativ dərslər keçirilirdi. İndi artıq gələn tədris ilindən IX siniflər üçün Qarabağın zəfər tarixi adlı fənn keçiləcək. “Qarabağ tarixi” fənni artıq Qarabağın zəfər tarixi fənni ilə əvəzlənəcək. Biz Qarabağ müharibəsində şanlı zəfər qazanmışıq, torpaqlarımızı azad etmişik. Təhsil Nazirliyi tərəfindən Qarabağın zəfər tarixi ilə bağlı işlər görülür. Dərsliyin hazırlanması son mərhələdədir. Dərslik bu tədris ilindən 9-cu siniflərdə tədris olunacaq".
Müəllif deyr ki, dərslik ictimai müzakirəyə çıxarıldığından rəylər də nəzərə alınır:
"Bütün rəy və təkliflər də nəzərə alınır. Faydalı rəylər çoxdur".
Qeyd edək ki, "Zəfər tarixi" dərsliyinin beş müəllifi var. Onlar Pərviz Ağalarov, Niyaməddin Quliyev, Talıb Talıblı, Ramil Tanrıverdi, Hafiz Cabbarovdur.
Vətən müharibəsində iştirak edən tarixçi müəllimlər də belə bir dərsliyin hazırlanmasını vacib hesab edirlər. Vətən müharibəsi iştirakçısı, tarixçi müəllim Emin Piri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, hazırda Xızı rayonun Türkoba kənd məktəbində tarix müəllimi işləyir. Tarixçi müəllim deyir ki, "Zəfər tarixi" dərsliyində Vətən müharibəsində düşmən cəbhəsinin yarılmasında böyük əhəmiyyət kəsb edən döyüş əməliyyatları barədə zəruri məlumatların yer alması vacibdir:
"İkinci Qarabağ müharibəsində Füzulu-Cəbrayıl cəbhəsi yarılmasaydı bizim zəfər qazanmağımız çətin olardı. Bu döyüş əməliyyatı dərslikdə xüsusi qeyd olunmalıydır. Füzulu-Cəbrayıl cəbhəsinin yarılması ilə bağlı biz bütün mifi dağıtmış olduq. Elə şəhidlərin yarısından çoxu bu cəbhədə həyatını itirdi".
E.Piri bildirir ki, dərslikdə əsas xətti Azərbaycan ordusunun rəşadəti, ən ağır döyüş əməliyyatlarını uğurla icra edərək Zəfər qazanması təşkil etməlidir. Onun sözlərinə görə, dərslik ildən-ilə təkminləşdirilməlidir. E.Piri dərsliyin gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük rol oynayacağını söyləyir.
Həmçinin oxuyun:
"Zəfər tarixi" dərsliyi nə vaxta hazır olacaq? Nazir müavini açıqladı
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала