Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyalı dənizçilər Şüvəlanda həmkarlarının xatirəsini yad ediblər

© SputnikRusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış Kuba gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
 - Sputnik Azərbaycan, 1920, 18.09.2021
Xəzər dənizinin tam xəritəsini hazırlamaq üçün məlumat toplayan gəmi 1857-ci ildə Abşeron yarımadasının sahilində pis hava şəraiti üzündən qəzaya uğrayıb, 22 nəfər həlak olub.
BAKI, 18 sentyabr - Sputnik. Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyətinin üzvləri Abşeronun Şüvəlan kəndində "Kuba" gəmisinin dənizçilərinin abidəsini ziyarət edərək 164 il əvvəl həlak olmuş həmkarlarının xatirəsini yad ediblər.
1857-ci il sentyabrın 14-də qəzaya uğrayan "Kuba" paroxodu Xəzər Astronomiya və Hidroqrafiya ekspedisiyasının rəhbərliyi ilə Xəzər dənizinin tədqiqatı ilə məşğul idi. İyirmi iki nəfərin həlak olduğu qəzada əlli yeddi nəfərin həyatını qurtarmaq mümkün olub. 
© SputnikRusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
Делегация Военно-морского флота Российской Федерации у памятника морякам, погибшим в результате затопления судна «Куба»  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
Təxminən bir əsr yarım əvvəl Həştərxandan yola salınan gəmi Xəzər dənizinin hərtərəfli və tam təsviri, onun dəqiq xəritəsinin hazırlanması tapşırığını almışdı. Ancaq qəza günü hava dumanlı, yağışlı idi, qasırğa gəmini Şüvəlan burnunda əvvəllər qeydə alınmayan sualtı daşlara çırpdı.
Bir qədər sonra qəza yerinin yaxınlığında memar İohann Edelin müəllifi olduğu abidə ucaldıldı. Azərbaycan müstəqillik əldə edəndən sonra, 2005-ci ildə, Böyük Vətən Müharibəsində Qələbənin 60 illiyi ərəfəsində abidə bərpa olundu.
© SputnikBatmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.
Памятник морякам , погибшим в результате затопления судна «Куба»  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.
"Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə şənbə günü Bakıya gələn Rusiya HHD dənizçiləri qəza qurbanlarının abidəsi önünə güllər düzərək hərbi salam veriblər.
© Sputnik
Памятник морякам , погибшим в результате затопления судна «Куба»  - Sputnik Azərbaycan
1/3
© Sputnik
Делегация Военно-морского флота Российской Федерации у памятника морякам, погибшим в результате затопления судна «Куба»  - Sputnik Azərbaycan
2/3
© Sputnik
Делегация Военно-морского флота Российской Федерации у памятника морякам, погибшим в результате затопления судна «Куба»  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Qeyd edək ki, şənbə günü, sentyabrın 18-də dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Donanmasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.
Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Səfər sentyabrın 20-dək davam edəcək.
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала