SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa ilə ABŞ arasında ciddi böhran var - XİN rəhbəri etiraf etdi

© AP Photo / Pavel GolovkinГлава МИД Франции Жан-Ив Ле Дриан, фото из архива
Глава МИД Франции Жан-Ив Ле Дриан, фото из архива  - Sputnik Azərbaycan, 1920, 18.09.2021
Abunə olmaq
Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib.
BAKI, 18 sentyabr - Sputnik. Fransa Xarici işlər naziri Jan-İv Lö Drian ABŞ-la münasibətlərində ciddi böhran olduğunu etiraf edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nazir: "Tarixdə ilk dəfə olaraq Fransa səfirinin ABŞ-dan geri çağırılması ciddi siyasi akt, böhranın dərinliyinin göstəricisidir", - deyib.
Qeyd edək ki, Fransanın ABŞ və Avstraliyadakı səfirlərini geri çağırmasına Avstraliyanın sentyabrın 15-də Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik barədə əməkdaşlıq haqda (AUKUS) müqavilə imzalaması səbəb olub. Çünki Avstraliya eyni zamanda Fransanın Naval Group sualtı qayıq şirkəti ilə razılaşmadan çıxdığını bəyan edib. "Əsrin müqaviləsi" adlandırılan, 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərindəki razılaşma "Barracuda" sinfindən olan 12 zərbə sualtı qayığının tikintisini nəzərdə tuturdu.
Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib. Onun sözlərinə görə, "müqavilənin dayandırılmasından çox hiddətlənib". Fransa həm Avstraliya, həm də ABŞ-dan izahat gözləyir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn isə Parisin mövqeyini anladıqlarını bildirib.
"Biz fransız həmkarlarımızla onların səfirlərini məsləhətləşmələr üçün Parisə çağırmaq barədə qərarına görə sıx təmasdayıq... Onların mövqelərini anlayır və fikir ayrılıqlarını yoluna qoymaq üçün qarşılıqlı fəaliyyətdə olacağıq, biz uzunmüddətli müttəfiqliyimiz ərzində başqa məqamlarda da eyni cür davranmışıq", - Hornun yazılı açıqlamasında deyilir.
Hornun sözlərinə görə, ABŞ Fransanı özünün "köhnə tərəfdaşı və ən güclü partnyorlarından biri" hesab edir.
Avstraliyanın Xarici işlər naziri Maris Peyn də Fransa səfiri Jan-Pyer Tebonun geri çağırılmasından üzüldüyünü söyləyib. O qeyd edib ki, Fransanın Avstraliyanın sualtı qayıqların alınmasına dair müqavilədən imtinasına görə məyusluğunu anlayır, ancaq onun hökuməti milli təhlükəsizliyin təminatı məqsədilə sözügedən qərarı verib. Xanım Peyn əlavə edib ki, Kanberra Parislə münasibətlərinə dəyər verir və gələcəkdə qarşılıqlı fəaliyyətə hazırdır.
Xəbər lenti
0