https://sputnik.az/20210917/li-sdov-Beynlxalq-Astronavtika-Federasiyasnn-prezidenti-il-grb-427952997.html
Əli Əsədov Beynəlxalq Astronavtika Federasiyasının prezidenti ilə görüşüb
Əli Əsədov Beynəlxalq Astronavtika Federasiyasının prezidenti ilə görüşüb
Sputnik Azərbaycan
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa-yenidənqurma işləri barədə söhbət açılıb, bu prosesdə peyklərin əhəmiyyətli... 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T19:19+0400
2021-09-17T19:19+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
baş nazir
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427952960_248:0:1280:583_1920x0_80_0_0_27af50bb1bf5092b7627f09d13458f15.jpg
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 17-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Paskal Erenfroyndun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycanda yüksək texnologiyaların, kosmik sənayenin inkişafında əldə edilən uğurlar barədə söhbət açılıb.Bakının 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin tarixi əhəmiyyəti vurğulanıb, bunun, Azərbaycanın bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən tanındığının əyani göstəricisi olduğu bildirilib.Qeyd edilib ki, Azərbaycan genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir və, eyni zamanda, ölkəmizdə müasir infrastruktur mövcuddur. Bütün bunların Konqresin ən yüksək səviyyədə keçirilməsi üçün münbit şərait yaratdığı bildirilib, Azərbaycanın bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə hazır olduğu ifadə edilib.Vurğulanıb ki, Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindəndir və ölkəmiz Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa-yenidənqurma işləri barədə söhbət açılıb, bu prosesdə peyklərin əhəmiyyətli rolu xüsusi qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427952960_352:0:1280:583_1920x0_80_0_0_26a522a83753033ed40a4ee61273e98d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, baş nazir, azərbaycan
xəbərlər, baş nazir, azərbaycan
Əli Əsədov Beynəlxalq Astronavtika Federasiyasının prezidenti ilə görüşüb
19:19 17.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Görüşdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa-yenidənqurma işləri barədə söhbət açılıb, bu prosesdə peyklərin əhəmiyyətli rolu xüsusi qeyd edilib.
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 17-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Paskal Erenfroyndun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycanda yüksək texnologiyaların, kosmik sənayenin inkişafında əldə edilən uğurlar barədə söhbət açılıb.
Bakının 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin tarixi əhəmiyyəti vurğulanıb, bunun, Azərbaycanın bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən tanındığının əyani göstəricisi olduğu bildirilib.
Qeyd edilib ki, Azərbaycan genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir və, eyni zamanda, ölkəmizdə müasir infrastruktur mövcuddur. Bütün bunların Konqresin ən yüksək səviyyədə keçirilməsi üçün münbit şərait yaratdığı bildirilib, Azərbaycanın bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə hazır olduğu ifadə edilib.
Vurğulanıb ki, Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindəndir və ölkəmiz Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa-yenidənqurma işləri barədə söhbət açılıb, bu prosesdə peyklərin əhəmiyyətli rolu xüsusi qeyd edilib.