BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda yollarda baş verən vəziyyət və çoxsaylı qəzaların səbəbləri ilə bağlı müzakirələr, yəqin ki, heç vaxt bitməyəcək.
Avtomobil sürcüləri və piyadalar kimin daha çox günahkar olduğu ilə bağlı mübahisə edirlər: sürücülər yolu keçən insanların məsuliyyətsizliyindən narazıdırlar, piyadalar isə avtomobil sahiblərini yol hərəkəti qaydalarını bilməməkdə günahlandırırlar.
Polisin bütün səylərinə baxmayaraq, Azərbaycanda yol-nəqliyyat hadisələri azalmır. Bütün bunlar ölkə əhalisinin artması və nəticədə nəqliyyat vasitələrinin sayının artması fonunda baş verir. Yollarda baş verən qəzaların səbəbləri çoxdan yaxşı araşdırılsa da, sürücülər və piyadalar arasında kimin daha çox günahkar olduğunu öyrənmək hələ də mümkün deyil. Xüsusilə ona görə ki, hər iki tərəf bir-birinə qarşı ittihamlar irəli sürür.
Media Təhlil Mərkəzi və Azərbaycan Avtomobil Federasiyası yerli əhali arasında sorğu keçirib məsələ ilə bağlı keçirib. Sorğuda 505 nəfər iştirak edib. Maraqlı fakt ondadır ki, respondentlərin əksəriyyəti, yəni 79%-i sürücüləri sistemli şəkildə yol hərəkəti qaydalarını pozmaqda günahlandırıblar. Qalan 21% -i isə özləri bütün yol hərəkəti qaydalarına riayət etdiklərini bildiriblər.
Sorğunun nəticələri ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan infoqrafikasında tanış ola bilərsiniz.