https://sputnik.az/20210917/Xarici-diplomlarn-tannmas-qaydalarnda-dyiiklik-427950511.html
Xarici diplomların tanınması qaydalarında dəyişiklik
Xarici diplomların tanınması qaydalarında dəyişiklik
Sputnik Azərbaycan
Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək. 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T16:10+0400
2021-09-17T16:10+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
elm
xarici
diplom
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_0:320:3072:2048_1920x0_80_0_0_1377339c4f5263f86daa0e1ddfd39a1e.jpg
BAKI, 17 sentyabr — Sputnik. Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökümətə yeni layihə təqdim edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.TKTA sədri bildirib ki, yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək:"Yeni layihədə qismən tanınma anlayışı olacaq. Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240, bizdə isə 340 kreditdir. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək. Həmin şəxsə şərait yaradılacaq ki, kreditini Azərbaycan standartlarına uyğunlaşdıra bilsin. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq".Qeyd edək ki, avqust ayında diplomların tanınması üzrə 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 94, Ukraynadan 72, Türkiyə Respublikasından 62, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 27 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 36, hüquqşünaslıq üzrə 30, iqtisadiyyat üzrə 25, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 13 nəfər müraciətçi qeydə alınıb.Xatırladaq ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.Həmçinin oxuyun:Xarici diplomların tanınması ilə bağlı statistika açıqlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_271:0:3002:2048_1920x0_80_0_0_f9f0de39cf79bb4c06f93f24f33e2d71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, xarici, diplom, azərbaycan
xəbərlər, xarici, diplom, azərbaycan
Xarici diplomların tanınması qaydalarında dəyişiklik
16:10 17.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək.
BAKI, 17 sentyabr — Sputnik. Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökümətə yeni layihə təqdim edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri
Eldar Orucov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
TKTA sədri bildirib ki, yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək:
"Yeni layihədə qismən tanınma anlayışı olacaq. Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240, bizdə isə 340 kreditdir. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək. Həmin şəxsə şərait yaradılacaq ki, kreditini Azərbaycan standartlarına uyğunlaşdıra bilsin. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq".
Qeyd edək ki, avqust ayında diplomların tanınması üzrə 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 94, Ukraynadan 72, Türkiyə Respublikasından 62, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 27 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 36, hüquqşünaslıq üzrə 30, iqtisadiyyat üzrə 25, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 13 nəfər müraciətçi qeydə alınıb.
Xatırladaq ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.