CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xarici diplomların tanınması ilə bağlı statistika açıqlanıb

© pixabay / Olichel AdamovichDiplom
Diplom - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
Avqust ayında diplomların tanınması üzrə 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
BAKI, 17 sentyabr — Sputnik. Son 8 ayda xarici diplomların tanınması ilə bağlı 1900 müraciət qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsilin Keyfiyyəti Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. Agentlik sədri bildirib ki, müraciətlərin 76 %-i qəbul edilib, 24 %-i isə qəbul edilməyib. O həmçinin xatırladıb ki, yeni tədris ilindən məktəblərdə real inspeksiyalar başlanılacaq:
"Mart-iyun aylarında 24 məktəbdə pilot inspeksiyalar keçirilib".
Qeyd edək ki, avqust ayında diplomların tanınması üzrə 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 94, Ukraynadan 72, Türkiyə Respublikasından 62, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 27 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 36, hüquqşünaslıq üzrə 30, iqtisadiyyat üzrə 25, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 13 nəfər müraciətçi qeydə alınıb.
Xatırladaq ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.
Həmçinin oxuyun:
Xaricdə təhsil üçün növbəti sənəd qəbulunun vaxtı açıqlanıb
Xəbər lenti
0