CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrin Əfqanıstandan Azərbaycana necə gələcəyi araşdırılır

© Photo : UNECСтуденты-иностранцы UNEC посетили "Расстрелянные памятники" в саду Национального музея искусств.
Студенты-иностранцы UNEC посетили Расстрелянные памятники в саду Национального музея искусств. - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
Nazirlik rəsmisi: Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır.
BAKI, 17 sentyabr — Sputnik. Əfqanıstanın müvafiq qurumları ilə Azərbaycanın ali məktəblərinə qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsi müzakirı olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.
Sərhədlərin bağlı olduğunu, səfirliklərin isə əksəriyyətinin fəaliyyətinin məhdudlaşdırıldığını deyən nazirlik rəsmisi bildirib ki, hazırda əfqan tələbələrin bir hissəsi ölkəmizdədir:
"Amma bizi daha çox maraqlandıran yeni qəbul olunan tələbələrin aqibətidir. Məsələn, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək? Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır. O, burada yaşayır, pul xərcləyir".
T.Əhmədov deyir ki, hələlik ki, onlara bu kontekstdə dəqiq məlumat verilməyib:
"Onların gəlib-gələ bilməyəcəyini bilmirik. Gələrlərsə, hansı şərtlərlə gələcək və nə vaxt gələcəklər, bu da bəlli deyil. Hələlik ki, gözləmə mövqeyindəyik".
Şöbə müdiri Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbənin olmadığını da əlavə edib.
Xəbər lenti
0