CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident xalq artistinə mənzil verdi

© Photo : TRENDXalq artisti Vamiq Məmmədəliyev, arxiv şəkli
Xalq artisti Vamiq Məmmədəliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
Vamiq Məmmədəliyevin ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilərək gələcək nəsillərə ərməğan kimi qiymətləndirilir.
BAKI, 17 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib.
Bu barədə Xalq artisti özü"facebook" hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfindən ona mənzil verilib.
Məlumat üçün bildirək ki, hələ post-sovet məkanında Azərbaycan radiosunda Vamiq Məmmədəliyevin ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilərək gələcək nəsillərə ərməğan kimi qiymətləndirilir. Həmin dövrlərdə demək olar ki bütün xanəndələri – Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Könül Xasıyeva, Nazpəri Dostəliyeva və s. müşayiət etmiş Vamiq Məmmədəliyev nəinki konsertlərdə, həm də dövlət televiziyasında, qastrol səfərlərində, festivallarda uğurla çıxış edərək ödüllərə layiq görülüb. 1985-ci ildə Ümumittifaq "Melodiya" firması Vamiq Məmmədəliyevin ifasında Xaric Segah və Rahab muğamlarını lentə alaraq yüksək tirajla çap edilib. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2006-cı il tarixli 1673 saylı sərəncamında fəxri adlar siyahısında Vamiq Məmmədəliyevin adının olması tarzənin 60 illik yubileyinə töhfə oldu. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli Sərəncamı ilə Xalq artisti Fəxri adına layiq görülüb.
Həmçinin oxuyun:
Prezident Musiqi Akademiyasının əməkdaşlarının təltif edib
Xəbər lenti
0