https://sputnik.az/20210917/Prezident-Musiqi-Akademiyasnn-mkdalarnn-tltif-edib-427952213.html
Prezident Musiqi Akademiyasının əməkdaşlarının təltif edib
Prezident Musiqi Akademiyasının əməkdaşlarının təltif edib
Sputnik Azərbaycan
Sərəncama əsasən, 7 nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 15 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib. Bundan başqa, 2 nəfər "Əməkdar incəsənət xadimi", 2... 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T17:44+0400
2021-09-17T17:44+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
prezident
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40810/87/408108778_38:0:1000:541_1920x0_80_0_0_3197c4b3f05d030a0c3db265f9b47583.jpg
BAKI, 17 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə akademiyanın bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, 7 nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 15 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib. Bundan başqa, 2 nəfər "Əməkdar incəsənət xadimi", 2 nəfər "Əməkdar artist", 23 nəfər "Əməkdar müəllim" fəxri adı ilə təltif olunub.Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfərə isə Prezidentin fərdi təqaüdü verilib.Məlumat üçün bildirək ki, akademiya 1922-ci ildə yaradılıb. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-cı ildən fəaliyyətə başlayıb. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoyub. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915-1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y.A.Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olub. Bu tarixdə Musiqi texnikumunun bazasında YRMO-nun Bakı şöbəsinin Xalq Konservatoriyası yaradılır və az keçmədən, yəni oktyabr ayında Azərbaycan Dövlət Konservatoriyası adlandırılır.Azərbaycanda peşəkar musiqi təhsilini qurmaq və kvalifikasiyalı peşəkar musiqi mütəxəssislərinin hazırlanması məqsədilə, Azərbaycan SSR-nin Narkomprosunun Kollegiyası tərəfindən konservatoriyanın nəzdində qısa müddətli "Şərq musiqisi" pedaqoji kursları yaradılır və o dövrün tanınmış xalq sənətkarlarından – Seyid Şuşinski, Ələsgər Abdullayev, Hüseynqulu Sarabski, pianoçu Xədicə Qaibova, tarzənlərdən – Qurban Pirimov, Şirin Axundov, Həsən Əliyev və başqaları oxumaq üçün bu kurslara göndərilir. Narkomprosun qərarında müsəlman qadınlar üçün "Şərq musiqisi"pedaqoji kurslarının da açılması nəzərdə tutulub.Onu da əlavə edək ki, 26 may 2021-ci il Azərbaycan Respublikası Prezidenti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.Həmçinin oxuyun:Milli Musiqi Günündə Hacıbəyli Beynəlxalq müsabiqəsinin qaliblərinin adları açıqlanacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40810/87/408108778_279:0:1000:541_1920x0_80_0_0_c9943b516ea6e84ed13b3ab58f497b36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, prezident, azərbaycan
xəbərlər, prezident, azərbaycan
Prezident Musiqi Akademiyasının əməkdaşlarının təltif edib
17:44 17.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Sərəncama əsasən, 7 nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 15 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib. Bundan başqa, 2 nəfər "Əməkdar incəsənət xadimi", 2 nəfər "Əməkdar artist", 23 nəfər "Əməkdar müəllim" fəxri adı ilə təltif olunub.
BAKI, 17 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə akademiyanın bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, 7 nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 15 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib. Bundan başqa, 2 nəfər "Əməkdar incəsənət xadimi", 2 nəfər "Əməkdar artist", 23 nəfər "Əməkdar müəllim" fəxri adı ilə təltif olunub.
Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfərə isə Prezidentin fərdi təqaüdü verilib.
Məlumat üçün bildirək ki, akademiya 1922-ci ildə yaradılıb. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-cı ildən fəaliyyətə başlayıb. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoyub. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915-1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y.A.Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olub. Bu tarixdə Musiqi texnikumunun bazasında YRMO-nun Bakı şöbəsinin Xalq Konservatoriyası yaradılır və az keçmədən, yəni oktyabr ayında Azərbaycan Dövlət Konservatoriyası adlandırılır.
Azərbaycanda peşəkar musiqi təhsilini qurmaq və kvalifikasiyalı peşəkar musiqi mütəxəssislərinin hazırlanması məqsədilə, Azərbaycan SSR-nin Narkomprosunun Kollegiyası tərəfindən konservatoriyanın nəzdində qısa müddətli "Şərq musiqisi" pedaqoji kursları yaradılır və o dövrün tanınmış xalq sənətkarlarından – Seyid Şuşinski, Ələsgər Abdullayev, Hüseynqulu Sarabski, pianoçu Xədicə Qaibova, tarzənlərdən – Qurban Pirimov, Şirin Axundov, Həsən Əliyev və başqaları oxumaq üçün bu kurslara göndərilir. Narkomprosun qərarında müsəlman qadınlar üçün "Şərq musiqisi"pedaqoji kurslarının da açılması nəzərdə tutulub.
Onu da əlavə edək ki, 26 may 2021-ci il Azərbaycan Respublikası Prezidenti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.